No Image
No Image

“SSRİ dövründəki sərhədlər əsas götürüləcək” - Paşinyan Zod qızıl yatağından danışdı

“SSRİ dövründəki sərhədlər əsas götürüləcək” - Paşinyan Zod qızıl yatağından danışdı
"Ermənistan və Azərbaycan dövlətləri SSRİ dövründə qəbul olunmuş sərhədlər əsasında delimitasiya prosesini həyata keçirirlər”.

Sfera.az  xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa videomüraciəti zamanı Kəlbəcərin Zod yatağı ətrafında gedən prosesləri şərh edərək deyib.

O, prosesin 9 noyabr razılaşması çərçivəsində reallaşdığını söyləyib. Paşinyan qeyd edib ki, sənədin imzalandığı vəziyyətdə sadəcə başqa yol yox idi. Baş nazir digər variantın daha pis olacağını söylədi, baş nazir eyni zamanda vəziyyətin niyə kritik bir nöqtəyə gəldiyini soruşdu.

"Məni ən çox suallara cavab tapmaq maraqlandırır. Ancaq bu uzun bir prosesdir və bu gün isə dərhal həll edilməsi lazım olan məsələlər var. Ən vaciblərindən biri daxili və xarici təhlükəsizliyin təmin edilməsidir. Və atılmalı olan addımlardan biri nə qədər xoşagəlməz olsa da 9 Noyabr razılaşmasının həyata keçirilməsidir”,-deyə Paşinyan qeyd edib.

Baş nazir müqavilənin həyata keçirilməsinin Sovet Ermənistanının sərhədi kimi tanınan Qeqarkunik bölgəsində Ermənistan Silahlı Qüvvələrinin yerləşdirilməsini də nəzərdə tutduğunu qeyd edib. 

"Üstəlik, bu sərhəd gözlə deyil, GPS koordinatları ilə müəyyənləşdirilir. Artıq izah edildiyi kimi, Zod mədəninin bir hissəsi Sovet Ermənistanı, digər hissəsi isə Sovet Azərbaycanı ərazisində mövcud olub”,-deyə Paşinyan qeyd edib.

Paşinyan həmçinin əlavə edib ki, delimitasiya prosesi Azərbaycan tərəfinin də iştirakı ilə baş verməli olan mürəkkəb bir prosesdir.
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Fransada müsəlmanlara qarşı yeni məhdudiyyətlər

Fransada hazırlanan yeni qanun layihəsi müsəlmanların dini azadlıqlarını bir az da məhdudlaşdıracaq. Sfera.az  xəbər verir ki, Milli Məclisdəki komis...

“Navalnı duş qəbul edir, qab-qacaq da vermişik...” – Aleksey Melnikov

Xaricdən gələn bir insan kimi Aleksey Navalnı üç yataqlı kamerada 14 gün təkbaşına karantində qalacaq. Sfera.az RİA. Novosti-yə istinadla xəbər ...

“Bu icra başçıları vəzifələri ilə vidalaşacaq, bu iki nazirlikdə isə...” – Kadr islahatlarının yeni hədəfləri

"Rayon icra hakimiyyəti başçılarının əksəriyyəti vəzifələrilə vidalaşacaq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və Kənd Təsərrüfatı Nazirliyində kad...

Robert Köçəryan yenidən hakim qarşısına çıxarıldı

Ermənistanın paytaxtı Yerevanda məhkəmə binası qarşısında ölkənin sabiq prezidenti Robert Köçəryana dəstək aksiyası keçirilir. Sfera.az TASS-a istinadən x...

Makron nazirlərin vaksinasiyadan danışmasını qadağan etdi

Fransa Prezidenti Emmanuel Makron nazirlərə koronavirus vaksinasiyası barədə danışmağı qadağan edib.   Sfera.az xəbər verir ki, sözügedən mövzuda yalnız ...

Aslan İsmayılovdan Baş Prokurora MÜRACİƏT

Tanınmış vəkil Aslan İsmayılov Baş prokuror Kamran Əliyevə müraciət edib. Sfera.az həmin müraciəti təqdim edir: "Respublikası Baş Prokuroru  c...