SSRİ bərpa oluna bilərmi? - Rusiya prezidentinin eyhamına ŞƏRH

SSRİ bərpa oluna bilərmi? - Rusiya prezidentinin eyhamına ŞƏRH

"Bu cür təhlükəli perspektiv mövcuddur. Ancaq Putinin bu istəyi Rusiyaya rəqib olan ABŞ, NATO və AB kimi güclərin davranışından, pandemiyadan necə çıxacaqlarından asılı olacaq”.


Sfera.az-a açıqlamasında bu sözləri Rusiya prezidenti Vladimir Putinin son müsahibələrindən birində SSRİ-nin yenidən təşkili məsələsinə işarə vurmasına münasibət bildirərkən politoloq Natiq Miri deyib.


Politoloqun sözlərinə görə, koronavirus pandemiyası Putinin bu sayaq açıqlamalarla çıxış etməsinə münbit şərait yaradıb: "Vladimir Putin həmin açıqlama ilə Rusiyanın imperiya siyasətini ortaya qoyub. Kremlin bu siyasəti əslində hər zaman olub. Sadəcə, imperiyanın yenidən bərpası üçün Moskva zaman gözləyir. COVİD-19 pandemiyasından sonra yeni dünya düzəninin yaranma ehtimalı fonunda Rusiya yenidən önə çıxmağı düşünür. İmperiyanın bərpası üçün münbit şərait yaradılmalıdır ki, onlardan biri də Rusiyaya rəqib olacaq ABŞ, NATO və Avropa Birliyi kimi dünya güclərinin zəiflədilməsi məsələsidir. Bu yöndə konkret işatrılar da mövcuddur. ABŞ pandemiya ilə mübarizədə bir növ küncə sıxışdırılıb. Onun bu problemdən çıxıb-çıxmayacağı sual altındadır. Pandemiya NATO və Avropa Birliyi kimi qurumların parçalanması təhlükəsini də yaradıb. Pandemiyadan ən çox İtaliya və İspaniya əziyyət çəksə də, quruma üzv digər dövlətlər onlara kömək etmədi. Bu da vahid məkan olan AB-nin kritik vəziyyətlərdə ciddi mexanizmlərə malik olmadığını ortaya qoydu. Əvəzində, Rusiya dərhal İtaliyanın "köməyinə” qaçdı. Hansı ki, bu "yardım” məsələsi də əslində gələcək perspektivdə AB-nin birliyini sarsıtmağa hesablanmış addımdır. Yəni, Moskva və Pekin pandemiya ilə bağlı yaranmış durumda rəqib təşkilatda olan bəzi ölkələrə yardımlar etməklə NATO və AB-ni zəiflətmək, parçalamaq niyyətindədir”.


N. Miri bildirdi ki, Putinin sovet imperiyasının bərpası ilə bağlı açıqlaması məhz postpandemiya dövrünə hesablanıb: "Düşünür ki, postpandemiya dövründə parçalanmanın olması ilə sözügedən güc mərkəzləri zəifləyəcək və belədə postsovet məkanı ölkələrini yenidən öz caynağı altına ala bilər”.

 

Həmsöhbətimzi onu da qeyd etdi ki, Rusiya prezidentinin imperiya arzusunun reallaşıb-reallaşmayacağı postpandemiya dövründə yaranması ehtimal edilən yeni dünya düzənindən sonra bəlli olacaq: "Bunun mümkün olub-olmayacağı pandemiya bitəndən sonra bəlli olacaq. İndilikdə Rusiya özü koronavirusla ciddi şəkildə boğuşur və onun pandemiyadan sonra öz iqtisadiyyatını bərpa edə biləcəyi də sual doğurur. Neftin qiymətinin kəskin düşməsi Rusiya iqtisadiyyatının əslində çöküşünə olan bir işarədir. Adətən, bu cür iqtisadi böhranlardan sonra proseslər həmişə dünya müharibələrilə müşahidə olunub. Deməli, bu təhlükə də istisna deyil. SSRİ-nin yenidən bərpasından söhbət gedirsə, Rusiya təkcə MDB ölkələrini deyil, Baltik dövlətlərini də öz tərkibinə qatmağa cəhd edəcək. Bu cür təhlükəli perspektivlər mövcuddur”.

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...