Sprey formasında hazırlanan peyvənd ilə bağlı önəmli xəbər

Sprey formasında hazırlanan peyvənd ilə bağlı önəmli xəbər
Gülhane Təhsil və Araşdırma Xəstəxanasının yoluxucu xəstəliklər və klinik mikrobiologiya mütəxəssisi professor Ümid Savaşçı epidemiyanı sona çatdıra biləcəyi və sprey olaraq tətbiq olunduğu deyilən "Intranasal Covid" peyvəndinin sınaq müddətinin vacib olduğunu ifadə edib. Ümid Savaşçı peyvəndin ən tez payızda tətbiq oluna biləcəyini söyləyib.

Ümid Savaşçı burun spreyi kimi tətbiq olunan "Intranazal Covid" peyvəndinin effektivliyini və neçə dozanın tətbiq olunacağını izah edib.

Türkiyənin çox əhəmiyyətli bir irəliləyiş əldə etdiyini ifadə edən Ümid Savaşçı bu peyvəndlə dünyada böyük bir inkişafa imza atan ölkə kimi də tarixə keçəcəklərini vurğulayıb.

Professorun sözlərinə görə, bu peyvənd lokal anticisim hazırlayacaq:

"Bu lokal anticisimlər hələ burun və ağızda olan virusun orqanizmə yayılmasının qarşısını alacaq. Bu baxımdan, sprey peyvəndlər digər vaksinlərin bacarmadığını həyata keçirirlər".

Sfera.az musavat.com-a istinadən bildirir ki, Ümid Savaşçı birinci mərhələ bitdikdən 3 ay sonra ikinci mərhələnin başlayacağını da qeyd edib. Professor bu peyvəndin ən erkən sentyabr-oktyabr ayarında tətbiq edilə biləcəyini bildirib. Ümid Savaşçı bu peyvəndin sınaq müddətində kimlərə vurulacağı və yan təsirləri olması haqqında ikinci mərhələdə açıqlamalar verəcəyini deyib.

Professor həm də qeyd edib ki, "İntranasal Covid" spreyi eyni zamanda virusun başqalarına keçməsinin də qarşısını alır.

Bu sprey peyvənd haqqında açıqlama verən Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank da bunun digər vaksinlərlə müqayisədə daha təsirli olacağı bildirib.

Yerli peyvənd hazırlıqlarındakı son vəziyyət haqqında məlumat verən nazir türkiyəli mütəxəssislər tərəfindən COVID-19-a qarşı hazırlanan və standart vaksinlərdən fərqli olaraq burun yolu vasitəsilə tətbiq olunacaq sprey peyvəndin bu il ərzində istifadəyə veriləcəyini bildirib. Nazir bildirilib ki, Türkiyənin bir neçə dünyaca məşhur universiteti tərəfindən hazırlanan və qısa zaman ərzində birinci faza sınaqlarına başlanacaq bu peyvənd infeksiyanın bədənə daxilolma yollarını izlədiyi üçün digər vaksinlərlə müqayisədə daha təsirli olacaq.

OXŞAR XƏBƏRLƏR

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...