No Image
No Image

"Space" TV-də daha bir veriliş bağlandı

"Space" TV-nin efirində yayımlanan Nurlan Rafiqoğlunun aparıcıs olduğu "Operativ Hissə” verilişi də fəaliyyətini dayandırıb.

Sfera.az xəbər verir ki, bu qərarı televiziyanın direktoru vəzifəsini icra edən Kamil Şahverdiyev qəbul edib.

Direktor aparıcıdan öz "istəyi” ilə ərizə yazmasını xahiş edib.

Bir müddət öncə də, Füruzə Cəlilovanın aparıcısı olduğu "Günaydın Azərbaycan”, Mikayıl Güləddinoğlunun aparıcısı olduğu "Sevimli Şou” və Mətanət Əliverdiyevanın aparıcısı olduğu "Hər Səhər Mətanətlə” verilişləri bağlanıb. M.Güləddinoğlu fəaliyyətini ARB telekanalında davam etdirir.

"Space"də verilişlərin bağlanmasından sonra prodüser, montajçı və müxbirlər ixtisara düşüb. İxtisarların davam edəcəyi bildirilir. Bu addım pandemiya dövründə atıldığı üçün narazılıq yaradıb.

Qeyd edək ki, kinorejissor Vaqif Mustafayev bir müddət əvvəl televiziyanın rəhbəri vəzifəsindən azad edilib.
 
(pravda.az)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycan ordusu 15000 nəfərlik şəxsi heyətlə təlimlərə başlayır - RƏSMİ

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən mayın 16-dan Azərbaycan Ordusunda qoşun nö...

Şuşada “Xarıbülbül” musiqi festivalı başladı - FOTO

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada "Xarıbülbül” musiqi festivalına start verilib.  Sfera.az xəbər verir ki, Cıdır düzündə təşkil olunan festival...

Bu vaksin Türkiyədə də istehsal olunacaq

Çinin "Sinovak Biotek” şirkəti aralarında Türkiyənin də olduğu 5 ölkəyə "Sinovak" peyvəndinin istehsalı üçün lisenziya verib. Sfera.az xəbər verir ki, bu ...

Goranboyda polisə zor tətbiq edildi

Mayın 11-də saat 20 radələrində Goranboy rayon Polis Şöbəsinin əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Gor...

Fitrə zəkatının çıxarılma vaxtı AÇIQLANDI

"Bayram axşamı ayın çıxdığı məlum olan kimi - axşam azanından (bu gün – ölkə.az) sonra fitrə zəkatı ayrılır və yaxşı olar ki, bayram günü saat 8.00 – 9.00-a qəd...

"Allaha əmanət olun" - Ağadadaş Ağayev xəstəxanadan fotosu yaydı

Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev bu gün əməmliyyat olunacaq. Sfera.az xəbər verir ki, müğənni sosial şəbəkədə xəstəxanadan görüntüsünü ...