Müsahİbə

“S&P agentliyi PAŞA Sığortanın kapital adekvatlığını, təkrarsığorta təminatının keyfiyyətini, komandasının peşəkarlıq səviyyəsini yüksək qiymətləndirib”

“S&P agentliyi PAŞA Sığortanın kapital adekvatlığını, təkrarsığorta təminatının keyfiyyətini, komandasının peşəkarlıq səviyyəsini yüksək qiymətləndirib”
 

"SP Global Ratings” beynəlxalq reytinq agentliyi ölkənin aparıcı sığorta şirkətlərindən olan "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini"BB+", reytinq üzrə proqnozu isə "Stabil” səviyyəsindətəsdiqləyib. Mövzunu PAŞA Sığorta şirkətinin Baş Risk inzibatçısı Şahin Məmmədov ətraflı şərh edib.

- Şahin müəllim, PAŞA Sığorta şirkəti artıq bir neçə ildir ki, beynəlxalq reytinq agentlikləri ilə əməkdaşlıq edir. Bu əməkdaşlığın səbəbi nədir?

- Qeyd etdiyiniz kimi, artıq uzun müddətdir ki, PAŞA Sığorta şirkəti beynəlxalq reytinq agentlikləri ilə əməkdaşlıq edir və bu əməkdaşlığı əsaslandıran bir neçə səbəb mövcuddur. Ölkənin sığorta sektorunun qabaqcıl şirkətlərindən biri olaraq biz beynəlxalq standartlara uyğun korporativ idarəetmə sistemini yerli sığorta sektoruna gətirmək istəyirik və bu prosesdə reytinq agentlikləri ilə davamlı əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir. Ümumi olaraq daxili korporativ idarəetmə, risklərin idarəolunması, şirkətin maliyyə dayanıqlığının nüfuzlu beynəlxalq şirkət tərəfindən dəyərləndirilməsi müsbət göstəricidir.

Qlobal təcrübəyə əsaslanaraq deyə bilərik ki, müştəri və tərəfdaşlarımıza şirkətin dayanıqlığı barədə məlumat vermək üçün reytinq çox mühüm bir vasitədir. Bununla yanaşı, şirkətimizin beynəlxalq reytinq agentliyi tərəfindən dəyərləndirilməsi gələcəkdə göstəricilərimizi daha da yaxşılaşdırmaq, inkişafa ehtiyac olan sahələri müəyyənləşdirib bu istiqamətdə çalışmaq üçün bizi stimullaşdırır.

-Peşəkar baxımdan şirkətin hazırkı reytinqlərini necə qiymətləndirirsiniz?

- "SP Global Ratings” agentliyinin metodologiyasına görə bir ölkədə fəaliyyət göstərən şirkətin kredit reytinqi ölkənin suveren reytinqindən yüksək ola bilməz vəbiz mümkün olan ən yüksək nəticəni əldə etmişik. Reytinqin özünün təhlilinə gəlincə, "BB+” səviyyəsi kifayət qədər yüksək göstəricidir. Agentlik bu reytinqi təhlil edərkən şirkətimizin bazar payı, kapital adekvatlığı, təkrarsığorta təminatının keyfiyyəti, inkişaf perspektivləri, komandanın peşəkarlıq səviyyəsini olduqca yüksək qiymətləndirib.Bu, PAŞA Sığortanın kifayət qədər maliyyə dayanıqlığına və sığorta öhdəliklərinin qarşılanması qabiliyyətinə malik olmasını bir daha təsdiqləyir. Həmçinin agentlik bu reytinq üzrə proqnozu "stabil” olaraq qeyd edib. Reytinq göstəricilərinə böyük önəm verən bir şirkət olaraq bu reytinqin qoruyub saxlanılması və gücləndirilməsi üçün daim çalışırıq.

-Yeni kredit reytinqinin müəyyənləşdirilməsi üçün PAŞA Sığorta şirkəti hansı prosedurlardan keçib?

-"SP Global Ratings” beynəlxalq reytinq agentliyi günümüzdə maliyyə bazarında fəaliyyət göstərən ən nüfuzlu agentliklərdən biridir. Reytinqin əldə olunması kifayət qədər uzun və çətin bir prosesdir. İlkin olaraq şirkətin maliyyə və qeyri-maliyyə göstəricilərinin təhlili həyata keçirilir. Bu təhlillərlə paralel olaraq agentliyin analitikləri şirkət rəhbərliyi ilə görüşlər keçirib şirkətin cari vəziyyəti və gələcək planları ilə bağlı ətraflı məlumat toplayır. Yekunda isə agentlik toplanılmış məlumatları təhlil edərək reytinq qiymətləndirilməsini həyata keçirir.

-Xarici təkrarsığortaçılarla, tərəfdaşlarla, müştərilərlə əməkdaşlıq zamanı reytinq sizə hansı üstünlükləri verir?

-Beynəlxalq reytinq bir sığorta şirkəti üçün vizit kartıdır. Müştərilərin, tərəfdaşların sığortaçı seçimi zamanı həmin sığorta şirkətinin göstəricilərini ətraflı təhlil etməyə imkanı və ya zamanı olmaya bilər. Bu baxımdan reytinqin mövcudluğu müştəri və tərəfdaşlara etibarlı sığorta şirkəti seçmələrində kömək olur.Təcrübə də onu göstərir ki, reytinqi güclü olan sığorta şirkətləri müştəri etibarını daim doğruldur, çətin zamanlarda müştərilərinin yanında olur, onlara dəstək verir.Bu səbəbdən xüsusilə xarici təkrarsığortaçılar beynəlxalq reytinqin mövcudluğuna böyük əhəmiyyət verir.Ölkəmizdə beynəlxalq reytinqin mövcudluğuna xarici tərəfdaşlara nisbətən daha az diqqət yetirilsə də, son zamanlar biz bu istiqamətdə də artan tendensiyanı müşahidə edirik.

-Reytinqi qorumaq və daha yaxşı nəticələr əldə etmək üçün hansı tədbirlər görülür?

-PAŞA Sığorta şirkətinin əsas məqsədi müştəri və tərəfdaşlara yüksək keyfiyyətli xidmət göstərmək üçün dayanıqlı bir sistem qurmaqdır. Bir komanda olaraq biz şirkətimizin dayanıqlığını, innovativliyini təmin etmək üçün davamlı olaraq qərb praktikasını təhlil edir, Avropa və ABŞ sığortaçılarının istifadə etdikləri metodoloji yanaşmaları tətbiq edirik. Burada əsas istəyimiz beynəlxalq bazarlarda qlobal sığorta şirkətləri ilə rəqabət apara biləcək gücə malik, dayanıqlı, çevik bir sığorta şirkəti qurmaqdır və bu istiqamətdə atdığımız hər bir addım bizə reytinqimizi gücləndirməyə kömək edir.

İnvestisiya portfelimizin və təkrarsığorta təminatımızın keyfiyyətinin artırılması, komandamızın peşəkarlığı üzərində mütəmadi olaraq çalışmağımız, sığorta portfelinin diversifikasiyası, müştəri məmnuniyyətinə diqqətin daha da artırılması, daxili proseslərin təkmilləşdirilməsi, risklərin idarəolunması mexanizmlərinin inkişafı istiqamətində tədbirlər görməklə daha yaxşı nəticələr əldə etməyi hədəfləyirik.

"SP Global Ratings” beynəlxalq reytinq agentliyinin təqdim etdiyi hesabatla PAŞA Sığorta şirkətininrəsmi veb səhifəsinəkeçid edərək tanış ola bilərsiniz.

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031