“Söz vermişəm, özüm yaşlı seçicilərin yanına gedəcəm” - YENİ DEPUTATLARI TANIYAQ

“Söz vermişəm, özüm yaşlı seçicilərin yanına gedəcəm” - YENİ DEPUTATLARI TANIYAQ
 

Modern.az "Yeni deputatları tanıyaq” rubrikasını davam etdirir.

 

Budəfəki müsahibimiz 85 saylı Şamaxı seçki dairəsindən deputat Tamam Cəfərovadır.

 

Onunla söhbəti təqdim edirik.

 

- Tamam xanım, Sizin haqqınızda mətbuatda kifayət qədər geniş informasiyalar var. Özünüz barədə məlumatı elə özünüzdən dinləmək istəyərdik.

 

- 1959-cu il təvəllüdlüyəm. 1976-cı ildə Bakı şəhərində orta məktəbi qızıl medalla bitirmişəm. Həmin il ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən Azərbaycadan kənar təhsil proqram çərçivəsində M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsinə daxil oldum. O zaman SSRİ-nin ən tanınmış universitetlərinə ildə 700-800 gənc göndərilirdi. Məqsəd Azərbaycanda olmayan ixtisaslar üzrə yüksək səviyyəli kadrların hazırlanması idi.

Biz Moskvada oxuyanda həmişə ümummilli liderin diqqətini hiss edirdik. Moskvaya gələndə bizimlə görüşür, dərslərimizlə, çətinliklərimizin olub-olmaması ilə maraqlanırdı.  Azərbaycan müstəqilliyini qazandıqdan sonra məzunlarla görüşlərində birində ümümmilli liderimiz dedi ki, hələ keçən əsrin 70-ci illərində mən (H.Əliyev) müstəqil Azərbaycan üçün kadr hazırlamağı düşünürdüm və bu məqsədlə sizləri SSRİ-nin ən tanınmış universitetlərinə təhsil almağa göndərdim.

Mən, 1981-ci ildə Moskvada təhsilimi bitirdikdən sonra indiki Azərbaycan Neft və Sənaye Universitetində (ADNSU) pedaqoji fəaliyyətə başladım. Artıq gələn il mənim ali məktəbdə pedaqoji fəaliyyətimin 40 ili tamamlanır. 1987-ci ildə Bakı Dövlət Universitetinin aspiranturasına daxil oldum. 1991-ci ildə bu təhsilimi də tamamlayaraq, elmlər namizədi oldum.

1996-cı ildən etibarən ictimai fəaliyyətlə daha yaxından məşğul olmağa başladım. Yenicə müharibədən çıxmış dövlətdə qadınlar önəmli rol oynamağa başlamışdı. Həmin illərdə məni Azərbaycan qadınlarının ictimai-siyasi fəallığı daha çox maraqlandırırdı. Yeri gəlmişkən qeyd edim ki, doktorluq işimin də mözusu müstəqillik illərində qadınların ictimai-siyasi fəaliyyətidir.

Bu maraq məni 1997-ci ildə sabiq ombudsman Elmira Süleymanovanın rəhbərlik etdiyi "Qadın və İnkişaf” təşkilatına gətirdi. 2000-ci ildə "Universitet Təhsilli Qadınlar” ictimai birliyini yaratdım.

Rəhbərlik edtiyim "Universitet Təhsilli Qadınlar” təşkilatı fəaliyyət göstərdiyi 20 il ərzində qadınların hüquqi maarifləndirilməsi sahəsində müxtəlif mövzulu çoxsaylı layıhələr həyata keçirib. Azərbaycanın əksər rayonlarında qadınlar üçün maarifləndirmə treninqləri, seminarlar, konfranslar, ictimai forumlar keçirmişik. Mən özüm  çoxsaylı təlimlər aparmışam. Beləki, mən gender məsələləri və konfliktologiya üzrə ekspert-təlimçiyəm. Azərbaycanda 2001-ci ildə BMT-nin Qadın İnkişaf Fondunun (UNİFEM) "Cənubi Qafqazda konfliktlərin həllində qadınların rolunun artırılması” adlı regional layihəsi çərçivəsində yaradılmış 1325 (BMT Təhlükısizlik Şurasının qadınlarla bağlı qətnaməsinin nömrəsi) Qadın Koalisiyasının, Cənubu Qafqaz Qadın Koalisiyasının üzvüyəm. Təşkilatımız Azərbaycanda qadın hərəkatının yaranması və inkaşafında fəal iştirak etmişdir.

2000-2005-ci illərdə  Milli Qeyri-Hökumət Təşkilatları Forumunun dövlət qurumları ilə iş üzrə vitse-prezident oldum. Bu forumdakı 5 illik fəaliyyətim dövründə Azərbaycanda QHT sektorunun inkişaf etdirilməsi prosesində yaxında iştirak etmişəm.

2006-cı ildə uzun illər çalışdığım ADNSU-dan ayrılaraq, BDU-nun Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin "Diplomatiya və müasir inteqrasiya məsələləri” kafedrasında fəaliyyətə başladım.

2019-cu ilin mart ayından Azərbaycan Dillər Universitetinin (ADU) sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru və ADU-nun "Beynəlxalq münasibətlər”kafedrasının dosentiyəm. Qeyd etmək istəyirəm ki, 2019-c ildə təhsildə xidmətlərimə görə prezidentimiz  cənab İlham Əliyevin sərəncamı ilə "Tərəqqi” medalına layiq görülmüşəm.

2006-2016-cı illərdə, yəni iki çagırış  Mərkəzi Seçki Komissiyasının üzvü olmuşam.

 

- Necə oldu ki, parlament seçkilərində iştirak etməyə qərar verdiniz?

- Mənim növbədənkənar parlament seçkilərinə qatılmağımın əsas səbəbi  Prezidentimiz cənab  İlham Əliyevin Azərbaycanda apardığı inqilabı islahatlar oldu. Cənab Prezident yeni parlamentdən gözləntilərindən danışan zaman qeyd etdi ki, yeni parlament ölkədə aparılan islahatların davamı və tərkib hissəsi olmaqla,  islahatlar üçün daha mükəmməl bir hüquqi baza yaratmalıdır.

Həmçinin cənab Prezident yeni parlamentdə həmişə xalqın yanında olan, xalqın parlamentdə səsi ola biləcək yeni deputat obrazları görmək istədiyini də qeyd etdi.

Bütün bunlar məni bir vətəndaş, öz dövlətini sevən ziyalı kimi seçkilərdə iştirak etməyə həvəsləndirdi və düşündüm ki, seçiləcəyim təqdirdə, həm də bir millət vəkili kimi cənab Prezidentin ölkəmizdə  apardığı çoxtərəfli və uğurlu  islahatlarda yaxından iştirak edə, öz töhvəmi verə  bilərəm.

Fəaliyyət göstərdiyim bütün sahələrdə həmişə dövlətçiliyə xidmət etmişəm. Bu mənim həyat kredom olub. Milli Məclisdə də deputat kimi dövlətçiliyimizin daha gücləndirilməsinə  xidmət edəcəyəm. Gələn il pedaqoji fəaliyyətimin 40 ili tamam olacaq. 20 ildən çoxdur qadın hərəkatına bağlıyam, həm də bu sahənin tədqiqatçısıyam. Düşünürəm ki, qeyd olunan sahələrdəki təcrübəm  Milli Məclisdəki  fəaliyyətimdə mənə çox kömək edəcək və bu sahələrdə qanunvericiliyin təkmilləşdirilməsinə öz töhvəmi verəcəm.

 

- Milli Məclisin ilk iclasında prezident İlham Əliyev çıxış edərək, parlamentarilərə öz tövsiyələrini çatdırdı. Bu çıxış gələcək fəaliyyətiniz üçün hansı məqsədlərə aydınlıq gətirdi?

 

- Cənab İlham Əliyevin tarixi çıxış hər bir deputat kimi mənim üçün gələcək fəaliyyətimin "yol xəritəsi” oldu. Cənab Prezident ümulikdə parlament qarşısında duran vəzifələri açıqlamaqla  yanaşı, həm də deputatlara da öz tövsiyyələrini verdi. O, deputatlara seçildikləri dairələrdə fəal olmalarnı, seçicilərlə daim təmasda olmalarnı, seçildikləri dairələrin problemləri ilə daim maraqlanmalarını, seçicilərlə vaxtı-vaxtına görüşmələrini, mövcud olan problemləri üzə çıxarmalarını tövsiyyə etdi.  Cənab prezident xüsusilə qeyd etdi ki, yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır, çünki əsas islahatların mahiyyəti də budur.

Beynəlxalq fəaliyyət sahəsində də deputatlar qarşısında konkret vəzifə qoyuldu. Cənab Prezident beynəlxalq təşkilatlarda təmsil olunan deputatları Azərbaycan həqiqətlərini, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsilə bağlı tarixi həqiqətləri daha cəsarətlə dünyaya çatdırmağı tapşırdı.

Cənab Prezidentin bu tövsiyyələri deputat kimi bizim məsiliyyətimizi daha da artırır.

- Təbliğat kampaniyası zamanı seçicilərlə görüşlərinizdə yəqin ki, onların problemləri ilə daha yaxından tanış oldunuz. Seçildiyiniz dairənin həll edilməli məqamlarını Milli Məclisdə hansı şəkildə qaldırmağı düşünürsünüz?

 

- Mən təbliğat zamanı Şamaxının 60-a yaxın kəndinin hər birində seçicilərlə görüş keçirdim. Bütün görüşlərimdə ölkə başçısının bizim qarşımıza qoyduğu məqsəd və vəzifələri, onun tövsiyələrimi dilə gətirirdim. Seçicilərimə, ölkə başçısının  fikirlərini diqqətə alaraq, həmişə onların yanında olacağımı çatdırırdım.

Seçicilərimə bildirdim ki, onların Bakıya mənim qəbuluma gəlməyinə ehtiyac qalmayacaq. Ayda ən azı 2-3 dəfə Şamaxıda olacağam və oradakı qərargahımda seçicilərin problemlərini dinləyəcəyəm. Hətta kənddə olan yaşlı insanlar qəbula gələ bilməsələr, onların yanına mən özüm gedəcəyəm. Mən onlara söz verdim ki, sizdən biri olacağam.

Hər getdiyim kənddə şəhid qəbirlərini ziyarət edirdim, şəhid ailələrinə baş çəkirdim. Bu mənim mənəvi borcumdur. Getdiyimiz kəndlərdə bizə edilən müraciətlərin hamısı qeydə alındı.  Seçicilərlə iş fəaliyyətimin əsas istiqaməti olacaq. Onların problemlərini həll etməyə çalışacam. Lazım gələndə, ehtiyac olanda Milli Məclisdə də qaldıracam problemləri. Çalışacam ki, problər qanun çərçivəsində öz həllini tapsın.

 

- Təbliğatınız zamanı bu prosesdə Şamaxının könüllü gənclərinin də aktiv olduğunu müşahidə etdik. Milli Məclis fəaliyyətinizdə gənclərlə bağlı hansı məqamları, problemləri dilə gətirmək istəyərdiniz?

 

- Təbliğat kampaniyası zamanı Şamaxıya qazandırdığımızı hesab etdiyim bir məqam da gənclərin bu prosesə yaxından daxil olmasını təmin etmək idi. 100-ə yaxın könüllü gəncin iştirakı ilə kampaniyamızı həyata keçirdik. Onların 90 faizi heç könüllülük institutunun nə olduğunu bilmirdilər. Gənclərə könüllülüyün fəlsəfəsini başa saldıq, qazanacaqları təcrübənin vacibliyini başa sala bildik.

Ölkə başçısı 2020-ci ili "Könüllülər ili” elan etdi. Mən inanıram ki, bizim Şamaxıda könüllülük fəaliyyəti ilə tanış etdiyimiz gənclər yaxın gələcəkdə daha yaxşı məqamlarda iş tapa biləcəklər.

Milli Məclis fəaliyyətimdə də bütün ölkə gənclərinin problemləri, istəklərinin həll edilməsi üçün əlimdən gələni etməyə hazır olacağam.

 

- Söhbətimiz zamanı Qarabağ probleminə, şəhid ailələrinə böyük diqqət ayırmağa çalışdığını hiss etdim. Həm də tarixçisiniz. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması, Azərbaycan, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün hansı fəaliyyət planları nəzərdə tutursunuz?

 

- Mən hələ deputat olmamışdan öncə də iştirak etdiyim bütün konfranslarda, xarici səfərlərimizdə Qarabağla bağlı çıxışlar etmişəm, xaricdə Xocalı ilə bağlı tədbirlərdə həmişə aktiv olmuşam. Səlahiyətim və gücüm çatdığı qədər xarici ölkələrdə rəsmilərə, adi vətəndaşlara informasiya verməyə çalışmışam. Mən hesab edirəm ki, indi deputat kimi bu həqiqətləri səsləndirməyə daha çox imkanım olacaq. Xaricdə parlament fəaliyyətimdə də əsas məqsədim ölkə başçısının qeyd etdiyi kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı həqiqətləri dünyaya çatdırmaq olacaq.

- Üzvü olduğunuz komitələri könüllü olaraq seçdiniz?

 

- Həyatım təhsillə bağlı olduğu üçün ilk növbədə Elm və Təhsil Komitəsində təmsil olunmaq üçün müraciət etdim. İkinci seçdiyim komitə isə təbii olaraq, Ailə, Qadın və Uşaq məsələləri komitəsi oldu.

 

- Milli Məclisdə xanım deputatların təmsilçilik səviyyəsi haqqında nə düşünürsünüzmü?

 

- Yeni formalaşmış Milli Məclisdə 23 xanım deputat təmsil olunur, bu, hardasa 20% edir. Bu qərar qəbulu prosesində gender bərabərliyinin təmin edilməsi üçün yaxşı göstəricidir və bu ölkəmizdə aparılan uğurlu dövlət qadın siyasətinin təzahürüdür. Qeyd edim ki, bu regionda ən yüksək göstəricidir. Çox müsbət haldır ki, xanım deputatların demək olar ki,  yarısı gənclərdir. Ümid edirəm ki, qadınların və gənclərin parlamentdə geniş təmsilçiliyi yeni qanunların qəbulunda özünü göstərəcək. Bildiyiniz kimi, müstəqil Azərbaycanın parlament tarixində ilk dəfə xanım spiker seçildi. Fürsətdən istifadə edərək, Xanım spiker hörmətli Sahibə Qafarovanı bu münasibətlə təbrik edir, ona məsuliyyətli, şərəfli fəaiyyətindəuğurlar arzu edirəm. Bu təyinat ölkə prezidentinin Azərbaycan qadınına verdiyi yüksək qiymət, etimaddır.

 

- Milli Məclisin yeni deputatı kimi seçicilərinizə hansısa sözünüz var?

 

- Fürsətdən istifadə edib bütün ölkə əhalisinə koronavirus epidemiyası ilə bağlı çağrış etmək istəyirəm. Çünki bu gün koronavirusla mübarizədən daha vacib məsələ təssəvvür etmirəm.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarları qeyd-şərtsiz icra olunmalıdır.

Koronavirus epidemiya ilə mübarizə  milli təhlükəsizlik məsələsidir, milli həmrəylik məsələsidir!

Gəlin, bu mübarizədə həmrəy olaq, dövlətimizin yanında olaq və bu bəlaya birlikdə qalib gələk.




OXŞAR XƏBƏRLƏR

Dəri xərçənginin ən ölümcül növü: Melanoma nədir və onu vaxtında necə aşkar etmək olar?

Yaz və yay aylarının başlaması ilə insanlar açıq havada daha çox vaxt keçirməyə başlayırlar. Bu zaman dəri xərçəngi, xüsusən də melanomanın inkişaf riski ciddi ...

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.   Sfera.az “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, bunu rəq...

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...