Soyuq su ilə duş qəbul etməyin - Faydaları

Soyuq su ilə duş qəbul etməyin -  Faydaları
İlk eşitdiyiniz zaman içinizdən titrətmə keçə bilər, amma soyuq duş qəbul etməyin 
faydaları olduqca çoxdur.
 
İmmunitet sistemini gücləndirir
 
Soyuq su ilə duş qəbul etməyin immunitet sistemini gücləndirdiyini göstərən saysız 
araşdırmalar mövcuddur. Soyuq su titrəməyə səbəb olduğu üçün metabolik sürəti artırır 
və immunitet sistemini aktivləşdirir.
 
Arıqladır
 
Bədəniniz soyuğa məruz qaldıqda isinmək üçün daha çox enerji istehsal etməsi lazım gəlir.
 Nəticədə də isinməyə çalışarkən daha çox yağ əridir və arıqlamağa yardımçı olur.
 
Qan dövranını sürətləndirir
 
Soyuq su ilə duş qəbul edənlərin qan dövranının daha sürətli olduğu qeyd edilir. Soyuq su 
qan axınını həyati orqanlara yönləndirir və bədənin daha effektiv şəkildə qan dövranını təmin edir.
 
Depressiyaya qarşı təsirlidir
 
Soyuq suyun depressiyanın simptomlarını azaltdığı müəyyən edilib. Depressiv zamanlarda 
soyuq suyun altında bir müddət dayanmağın insanın özünü daha yaxşı hiss etməsinə səbəb 
olduğu aşkar olunub.
 
Dəri və saçların parıldamasını təmin edir
 
Soyuq su açıq məsamələrin daralmasını təmin edir. Bu sayədə də daha sağlam və parlaq 
bir dəriyə sahib olursunuz. Həmçinin soyuq su ilə duş qəbul edənlərin saçlarının daha parlaq 
göründüyü qeyd edilir.
 
Testesteron səviyyəsini arttırır
 
Soyuq duş qəbul edən kişilərdə testesteron səviyyəsinin daha yüksək olduğu məlum olub.
 
Spermanın keyfiyyətini yüksəldir
 
İsti su və isti mühit spermanın keyfiyyətini azaldır. Övlad sahibi olmaq istəyirsinizsə, soyuq duş 
qəbul etməyiniz məsləhət görülür.
 
Daha keyfiyyətli yuxunu təmin edir
 
Yuxu problemi olanlara soyuq duş qəbul etmələri tövsiyə olunur. Çünki soyuq suyun səbəb 
olduğu şokdan sonra bədən rahatlayır və yuxuya getməkdə çətinlik çəkmək kimi problemlər 
aradan qalxır.
 
Nəfəs alıb-verilməsini nizamlayır
 
Soyuq suya məruz qaldıqda daha dərin nəfəs alma ehtiyacı hiss edirsiniz. Bunun sayəsində 
ağciyərləriniz açılır və bu da daha çox oksigen qəbul edilməsini təmin edir. (saglamolun.az)

 


OXŞAR XƏBƏRLƏR