“Soyuducunu qoşmaq istəyəndə gördüm ki…” - Baku Electronics şirkətindən şikayət var

“Soyuducunu qoşmaq istəyəndə gördüm ki…” - Baku Electronics şirkətindən şikayət var

Lalə Qasımlı adlı istifadəçi Facebookdakı "Müştəriyəm Şikayətim Var” qrupuna şikayət ünvanlayıb.


Sfera.az xanım istifadəçinin şikayət məktubunu oxucularına təqdim edir: "Şikayətim Baku Electronics şirkətindəndir. Mayın 24-də BirKart vasitəsi ilə nəğd ödəmə yolu ilə soyuducu aldıq. Mayın 25-də çatdırılma olmalı idi. Həmin gün zəng gəlmədiyindən özüm zəng vurub maraqlandım. Satışın çox olduğunu və məhsulu çatdıra bilməyəcəklərini söylədilər. Çatdırılmanı mayın 26-na keçirdilər”.


Məhsulun deyilən vaxtda çatdırılmadığını yazan şikayətçi, sözügedən şirkətlə işbirliyini pozmaq istədiyni bildirir: "Həmin gün, yəni mayın 26-ı səhər saatlarında xəbərdarlıq zəngi edildi. Gün boyu məhsulun çatdırılmadığını görüncə, axşam saat 20.00-daözüm şirkətlə əlaqə saxlayıb artıq məhsuldan imtina etdiyimi söylədim. Çatdırılma ilə bağlı yalan danışan şirktədən məhsul almaq istəmədyimi, sabah 3 illik zəmanətlə bağlı da bənzər problem yaşaya biləcəyimdən ehtiyat etdiyimi bildirdim. Cavab olaraq tezliklə məhsulu çatdıracaqlarını söylədilər”.


Zənginə məhəl qoymadan gecə satlarında məhsulu çatdıran şirkət əməkdaşlarının məsuliyyətsizliyi Lalə xanıma baha başa gəldi: "Təkrar zəng edib: "artıq gecdir, gətirməyin”,- deməyimə baxmayaraq, gecə saat 22.30-da məhsul çatdırıldı. Soyuducunun çatdırılması ilə bağlı məndən imza istədilər. Amma müqaviləni imzalamazdan öncə məhsulu yoxlamalı olduğumu söyləmədilər. Səhər soyuducunu təmizləyib qoşmaq istəyəndə çatı olduğunu gördüm. Dərhal dükanla əlaqə saxladım. Dükan günahı şirkətin, şirkət isə dükanın boynuna yıxdı. Bütün bu stresslerdən sonra dükana gedib ərizə yazdım.”


Məktubunun sonunda əsəblərini korlayan, ona qüsurlu məhsul satan mağazalar şəbəkəsindən şikayətçi olduğunu söyləyən xanım istifadəçi sözügedən mağazalar şəbəkəsinə qarşı dava açacağıı vurğlayır: "Bu gün yenidən zəng vurub maraqlandım. Onlardan ptoblemi araşdıracaq komissiya təşkil etməyi təlb etdim, cavab olaraq soyuducunun şəklini vatsapa yollamağımı istədilər. Şəkli yolladım. Amma bunun da hüquqi olmadığını düşünürəm. Həddən artıq məsuliyyətsiz bir şirkətdən alış-veriş etdiyim üçün peşmanam. Ciddi şəkildə şikayət etməyi düşünürəm.”

 

 

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...