\"Sosialyönümlü tədbirlər dövlət siyasətində mənəvi meyar ölçüsüdür\"

\
Prezident İlham Əliyev fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə ən müasir standartlara cavab verən 1512 yeni mənzili təqdim etdi.Müharibədən cəmi üç ay yarım sonra istifadəyə verilən bu kompleksdə sosial infrastruktura aid olan obyektlər, o cümlədən uşaq bağçası, 1200 yerlik müasir məktəb binası da inşa olunub.
 
Davamlı xarakter alan bu cür tədbirlər, ilk növbədə, onun göstəricisidir ki, Azərbaycan hakimiyyəti son 17 il ərzində yürütdüyü sosialyönümlü dövlət siyasətinə sadiqdir, müəyyən etdiyi bu prioritet onun üçün dəyişməzdir. Bu illər ərzində 9200-ə qədər şəhid ailəsi,müharibə əlili mənzillə təmin olunub.
 
Tarixi qələbəmizlə yekunlaşan 44 günlük Vətən müharibəsinin baş verdiyi 2020-ci ildə belə,1572 ailəyə yeni mənzil verilib və həmin ailələr dövlət qayğısı ilə əhatə olunub.Prezident Sərəncamları ilə təsdiq olunmuş Dövlət Proqramlarına əsasən,2021-2025-ci illərdə 11 mindən çox şəhid ailəsinin və müharibə əlilinin yaşayış şəraitinin yaxşılaşdırılması,onların yeni mənzil və fərdi evlərlə təmin edilməsi nəzərdə tutulur.Şəhid ailələri və qazilərimizin qarşısında çıxış edən dövlətimizin başçısı xüsusi olaraq bunu da vurğuladı:”Bu il isə 3 minə yaxın mənzil veriləcək. Beləliklə,həm Birinci,həm İkinci Qarabağ müharibəsində şəhid olmuş övladlarımızın Bakıda,Sumqayıtda,Abşeron rayonunda yaşayan ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək. Yəni,bu proqramı biz Bakı,Sumqayıt və Abşeron rayonunda bu ilin sonuna qədər tam icra edəcəyik.Digər şəhər və rayonlarımızda yaşayan şəhid ailələri üçün binaların,fərdi evlərin tikintisi davam etdirilir.Əminəm ki,yaxın gələcəkdə bu proqram tam icra olunacaqdır”.

Şübhəsiz ki,şəhid ailələri və qazilərimiz ən yüksək standartlara cavab verən şərtlər altında yaşayışı haqq edirlər.Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul və təsdiq edilən Dövlət Proqramlarının təməlində məhz bu həmvətənlərimizin sosial problemlərinin həllinə həssaslığı ilə seçilən mənəvi yanaşma meyarı dayanır.Dövlətimizin başçısının qeyd etdiyi kimi,çox da uzaq olmayan tarixə nəzər saldıqda aydın olur ki, müharibələrdən keçən bir çox ölkələrdə dövlət qayğısı ilə bağlı proqramlar bizdəki qədər əhatəli,miqyaslı və ünvanlı deyil.Təkcə İkinci Qarabağ müharibəsində 6-7 min əsgər və zabitini itirən Ermənistan bu şəxslərin heç birinin ailəsinə nəinki dövlət qayğısı,yardım belə göstərməyib,onlarda bu cür proqramlar ümumiyyətlə nəzərdə tutulmayıb. Prezident İlham Əliyev çıxışında şəhid ailələri və müharibə əlillərinə fərqli yanaşmanın səbəblərinə də aydınlıq gətirdi:”Hər şey müqayisədə ölçülür.Bizim bu sahədəki siyasətimiz birmənalıdır.Bu siyasət mənəvi normalara əsaslanır və Vətən uğrunda canından keçmiş insanların yaxınları dövlət tərəfindən bundan sonra da qayğı ilə,diqqətlə əhatə olunacaqlar”.

Dövlətimizin başçısı elə həmin gün Şağan qəsəbəsində yerləşən Reabilitasiya Pansionatının əsaslı təmirdən sonra açılışını da etdi.Mərkəz dünyanın ən qabaqcıl şirkətlərinin istehsalı olan müasir protezlərlə 300 nəfərdən çox qazimizin ehtiyacını ödəyəcək.Hər il bu pansionatda minlərlə qazi ixtisaslı müalicə alacaq və peşəkar səviyyədə reabilitasiyadan keçəcək. 

Dövlət qayğısı ilə bağlı sosialyönümlü tədbirlərin çəkisi istənilən dövlətin inkişaf səviyyəsini və iqtisadi gücünü göstərən meyarlara aiddir.Burada xüsusi önəm verilməli olan məqam ondan ibarətdir ki,dövlət öz diqqətini və iqtisadi imkanlarını sosial sahəyə yönəltməkdə nə dərəcədə israrlıdır, vəzifə prioritetlərinin müəyyən edilməsində hansı sahəyə daha çox üstünlük verir.Artıq danılmaz faktdır ki,Covid-19 pandemiyası  dünya iqtisadiyyatına,o cümlədən ən inkişaf etmiş dövlətlərə belə ciddi ziyan vurub.Bu fəsadlar ölkəmizdən də yan keçməyib,ötən il iqtisadiyyatımız 4,3 faiz həcmində kiçilib.Üstəlik, tarixi Zəfərlə bitən 44 günlük Vətən müharibəsindən keçmişik.Allahdan bütün şəhidlərimizə rəhmət diləyir,yaralılarımıza şəfa,qazilərimizə uzun ömür arzu edirəm.Müharibə istənilən dövlət üçün həm də texniki və iqtisadi resursların itkisi,müharibədən sonrakı dövrdə isə onların yerinin bərpası üçün daha böyük maliyyə vəsaitlərinə  ehtiyacın duyulması deməkdir.30 ilə yaxın müddətdə  işğal altında qalan Qarabağ,şahidi olduğumuz kimi,düşmən tərəfindən viran edilib,bütün infrastrukturlar dağıdılıb,üstəlik,torpaqlarımız minalanıb.Erməni vəhşiliyinin izlərinin Qarabağdan silinməsi və Böyük Qayıdışın təmin olunması da ciddi maliyyə xərcləri tələb edir.Belə bir vəziyyətdə, minlərlə şəhid ailəsinə və qazilərimizə  yeni mənzillərin verilməsi,reabilitasiya mərkəzlərinin işə salınması,7200-ə yaxın müharibə əlilinin  minik avtomobili ilə təmin olunması, şəhid ailələri və qazilərimiz üçün nəzərdə tutulan müavinət və pensiya məbləğlərinin artırılması, həmin şəxslərə dövlət qayğısının göstərilməsi ilə bağlı xüsusi proqramların qəbul edilib həyata keçirilməsi, ilk növbədə,onun göstəricisidir ki, milli-mənəvi dəyərlər və bu dəyərlərdən doğan öhdəliklər Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Dövlətinin seçdiyi prioritetdir.Milli heysiyyatımızı və milli qürurumuzu düşmən basqısından xilas etmiş belə bir Dövlətin vətəndaşı olmaqla yalnız qürur duyulmalıdır.

Prezident fevralın 25-dəki çıxışında cəmiyyətimizə və dünya ictimaiyyətinə növbəti  ismarıcını da göndərdi: ”Necə deyərlər,həmin 30 illik tarix bir daha əks etdirir ki,biz bu qələbəni təkcə Ermənistan üzərində qazanmamışıq.Bizə qarşı mütəşəkkil və güclü dairələr birləşib bizim torpağımızı əbədi işğal altında saxlamaq istəyirdilər.Ermənistan,sadəcə olaraq,bir alət idi,bir vasitə idi.Biz bunu dağıtdıq.Biz bu məkrli siyasəti alt-üst etdik və haqq-ədaləti bərpa etdik”.Ermənistanda hələ də revanşa həvəsli qüvvələrin olduğu və onları kənardan qızışdıranların,eləcə də erməni lobbi mərkəzlərinin mövcudluğu sirr deyil.Belə bir vəziyyətdə, birliyimizi daha möhkəm etməliyik,Vətən müharibəsində olduğu kimi, ümumxalq birliyimizi bədxahlardan qorumalıyıq.Əsl Vətən sevgisi,vətənpərvər iradəsi ilə Azərbaycana rəhbərlik edən və hər zaman xalqımızla eyni düşüncədə olub yalnız öz xalqına güvənən Prezidentimizin yanında ürəklə dayandığımızı düşmən və onun havadarları bundan sonra da görməli,nəticə çıxarmalıdırlar. Yalnız bu mənzərəni seyr etmək imkan verəcək ki,Azərbaycanı sevənlər,qardaş və dost ölkələr  dövlətimizə verdikləri mənəvi-siyasi dəstəyin qürurunu bizlərlə birgə daha ürəklə yaşasınlar.

Milli Məclisin deputatı
Ülvi Quliyev
     


OXŞAR XƏBƏRLƏR

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlə...

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə...