Sosial yardımı varlılara, torpaqları dostlarına… – İCRA BAŞÇISI NİYƏ TUTULDU?

Sosial yardımı varlılara, torpaqları dostlarına… – İCRA BAŞÇISI NİYƏ TUTULDU?
 Bu gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həhs olunan Biləsuvar Rayon İcra Hakimiyyətinin (İH) başçısı Mahir Quliyev məşhur iş adamı Hacı İbrahim Nehrəmlinin qudasıdır.

Yerli KİV-lərin məlumatına görə, Biləsuvar İH-in başçısı digər insanlara məxsus minlərlə hektar ərazini mənimsəyib. Mahir Quliyev mənimsədiyi torpaqlarda qarpız və sarımsaq yetişdirib. Bununla yanaşı, onun müavinləri tərəfindən də hektarlarla sahə mənimsənilib.

Bundan əlavə, qeyd olunur ki, Mahir Quliyev münbit torpaqları dostlarına və yaxın silahdaşlarına paylayıb. Bəzi əraziləri isə rayon başçısı bir oliqarxa və daha bir neçə sahibkara satıb.

Həm də iddia olunur ki, yerli iş adamları daima rayon rəhbərinin təzyiqi altında olublar. Rayondakı az-çox perspektivli iş növləri dərhal Mahir Quliyev və onun əlaltıları tərəfindən nəzarət altına alınıb. İcra başçısı, həmçinin yerli sahibkarları ərazinin abadlaşdırılması işində iştirak etməyə məcbur edib. Onların hər birinə öz vəsaiti hesabına abadlaşdırmalı olduğu ərazi ayrılıb. Rayon rəhbərinin tələblərini yerinə yetirməkdən imtina edən hər kəs dərhal elə bir təzyiqə məruz qalıb ki, obyektlərini satıb Biləsuvar rayonunu tərk etməyə məcbur olub.

Dövlət tərəfindən ayrılan sosial yardımın həqiqətən ehtiyacı olan və aztəminatlı ailələrə çatmadığı da bildirilir. Bu yardım yüksək vəzifəli şəxslərin yaxınlarının adlarına sənədləşdirilib və rayon rəhbərliyi tərəfindən mənimsənilib.

O da bildirilir ki, Xırmandalı kəndindəki Mahmudçala və Cərcili adlı ərazilərdə qanunsuz olaraq balıq yetişdirmək üçün çoxsaylı süni su anbarları yaradılıb. Ümumi sahəsi 500 hektar olan ərazidə sahibkarlar balıq yetişdiriblər və onların əsas ortağı rayonun başçısı Mahir Quliyev olub.

Bu süni gölməçələrin ətrafındakı qanunsuz hərəkətlər səbəbindən duz bataqlıqları əmələ gəlməyə başlayıb və münbit kənd təsərrüfatı əraziləri yararsız hala düşüb. Bu süni su gölməçələrinin yayda daim su ilə təmin edilməsi səbəbindən ərazidə ciddi su qıtlığı yaranıb. Belə ki, rayon rəhbərinin balıqçılıq biznesi ilə əlaqədar rayon sakinlərinin əkin sahələri susuz qalıb.

Ərazidə su çatışmazlığının başqa bir səbəbi, ümumi sahəsi 1,5 min hektar olan torpaq sahələrini su ilə təmin edən kanalın dağıdılması olub. Kanalın keçdiyi torpaq sahələri isə yerli məmurların mülkiyyətinə verilib.

OXŞAR XƏBƏRLƏR

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün imtahan (ikinci cəhd) keçirəcək. Qəbul imtahanı m...

Tanınmış aparıcının vəkil xanımında yenidən xərçəng aşkarlandı

Yaxın günlərdə aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntüləri yayılmışdı.   Sfera.az xəbər verir ki, aparıc...

Silva "Barselona"ya KEÇƏCƏK? - Gələn yay...

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva klubdakı müddətinin başa çatdığını hesab edir.   Sfera.az bildirir ki, portuqaliyalı fu...

Azərbaycan ABŞ ilə maliyyə sektorunda əməkdaşlığı möhkəmləndirməyi MÜZAKİRƏ ETDİ

Azərbaycan və ABŞ-nin maliyyə sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə edilib.   Sfera.az xəbər verir ki, bunu Azərbayc...

"Bu, açıq xəbərdarlıqdır" - Kim Çen nüvə ilə bağlı TAPŞIRIQ VERDİ

Şimali Koreya dünən keçirdiyi raket sınağını təsdiqləyib.   Sfera.az bildirir ki, bu barədə ölkənin rəsmi mətbuatında məlumat dərc edilib. Şimali Ko...