Sosial siyasətdə də, düşmənə münasibətdə də siyasi iradə

Sosial siyasətdə də, düşmənə münasibətdə də siyasi iradə
 Koronavirus pandemiyası dünya əhalisinin həyat və sağlamlığını hədəfə aldığı kimi, istisnasız olaraq bütün ölkələrin iqtisadi durumunu ən ağır sınaqlarla üz-üzə qoymaqdadır.
 

Beynəlxalq maliyyə qurumlarının proqnozları da ürəkaçan deyil. Bu rəylərə əsasən dünya iqtisadiyyatı qlobal böhranın astanasındadır. İyulun 22-də Xətai rayonunda Prezident İlham Əliyev şəhid ailələri və müharibə əlillərinə mənzil və avtomobillərin təqdim olunması tədbirində bir rəqəm açıqlamışdı.

 

O,qeyd etmişdi ki,pandemiyanın səbəb olduğu iqtisadi çətinliklər ucbatından dünya ölkələrinin yarıdan çoxu-150-si kömək üçün beynəlxalq maliyyə qurumlarına müraciət edib,Azərbaycan bu siyahıda yoxdur.Şübhəsiz ki, pandemiyanın törətdiyi fəsadlar bizim iqtisadiyyatımızdan da yan ötmür. Nəzərə alsaq ki, ölkəmizin iqtisadiyyatında ağırlıq yükü enerji sektorunun payına düşür və pandemiya ilə əlaqədar olaraq neftin qiyməti kəskin ucuzlaşıb,onda iqtisadi imkanlarımızın hansı səviyyədə əlavə  ciddi sınaqlarla üzləşdiyini dəyərləndirə bilərik.Cənab Prezidentin həmin görüşdə xüsusi vurğuladığı kimi,bütün bunlara baxmayaraq, ölkəmiz kömək üçün heç kimə,heç bir maliyyə qurumuna müraciət etməyib,əksinə bir sıra hallarda başqa dövlətlərə humanitar yardım göstərib.Yaranmış iqtisadi cətinliklər yalnız daxili imkanlarımız hesabına dəf olunur.Azərbaycanın dünya ölkələrinin böyük əksəriyyətindən fərqli vəziyyəti həm də onunla bağlıdır ki,ölkəmiz az qala 30 ildir Ermənistanın hərbi təcavüzünə məruz qalıb,torpaqlarımızın 20%-i işğal altındadır,faktiki müharibə vəziyyətindəyik,düşmənin hərbi təxribatları səngimir,milyona yaxın qaçqın və məcburi köçkünümüz var.Yəni iqtisadiyyatımıza düşən yük göz önündədir.Bütün bunlara baxmayaraq,son illər ərzində 8 mindən çox şəhid ailəsi,müharibə əlili Azərbaycan dövləti tərəfindən mənzillə təmin olunub,onlara 7 minə yaxın avtomobil hədiyyə edilib.Təkcə bu il əlavə olaraq 1500 şəhid ailəsinin və müharibə əlilinin mənzillə təmin olunması gözlənilir.Məcburi köçkünlərimizin mənzillə təminatı işi  bu gün də davam etdirilməkdədir,nəzərdə tutulan layihələrin  heç biri dayandırılmayıb.Şübhəsiz ki,dövlətimizin sosialyönümlü siyasətinin təməlində Heydər Əliyev neft strategiyası və onun bu illər ərzində Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilən uğurlu icrası dayanır.

 

Prezidentimizin respublikanın şimal-qərb zonasına son günlərdə baş tutan səfəri,iyulun 29-da Balakən regional "ASAN xidmət” mərkəzinin açılışı bir daha onu göstərdi ki,ölkəmizin üzləşdiyi çətinliklərə baxmayaraq,regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasında da nəzərdə tutulan layihələrdən heç biri təxirə salınmayıb.Bu səfər boyu müşahidə etdiklərimiz əminliklə onu deməyə əsas verir ki,məhz Prezident cənab İlham Əliyevin siyasi iradəsi sayəsində Azərbaycan dövləti sosialyönümlü siyasətinə sadiqdir,sosial müdafiəyə xüsusi ehtiyacı olan insanlarımızın yanındadır.Bu gün Azərbaycanda 84 min ailə ünvanlı sosial yardım  alır.Cari ildə 90 min insan üçün ictimai ödənişli iş yerləri nəzərdə tutulur.Özünüməşğulluq proqramının ayrılmaz tərkib hissəsi kimi ABAD mərkəzlərinin yaradılması, bu mənada xüsusi önəm  daşıyır.

 

Diqqətçəkən əsas məsələ odur ki,cənab Prezidentin 2018-ci ildə anonsunu verdiyi islahatlar sistemli yanaşma siyasətinə söykənir.Həmin yanaşmanın mühüm tərkib hissələrindən biri korrupsiya və rüşvətxorluqla mübarizədir.Burada söhbət yalnız cinayət təqibi tədbirlərindən getmir.Son bir il ərzində icra başçılarının,digər yüksək vəzifə sahiblərinin həbsləri gözümüz önündə baş verib.Bu mübarizədə qətiyyət və siyasi iradə  ortadadır.Lakin o da aydındır ki,ümumbəşəri problem olan bu cür əməllərlə mübarizədə yalnız cinayət təqibi tədbirləri yetərli deyil.Bu mənada "ASAN xidmət”konsepsiyası islahatlara sistemli yanaşmanın əyani göstəricisidir .Baləkən rayonunda xidmətin regional bölməsinin açılışı bu nöqteyi-nəzərdən diqqət çəkməyə bilmir.Çünki ASAN-ın əsas məqsədi odur ki,ictimai xidmət sahəsində vətəndaşların daha çox üzləşdiyi bürokratik əngəllər ,korrupsiya və rüşvətxorluq imkanları aradan qaldırılsın.Cənab Prezident nitqində bir məqamı  xüsusi vurğuladı və qeyd etdi ki,ASAN-da calışanların böyük əksəriyyəti gənclərdir,bu xidmətdə fəaliyyət və təcrubə onları yeni düşüncə daşıyıcısı, vətəndaşa təmənnasız xidmət,əsl vətənpərvərlik  ruhunda formalaşdırır.Heç şübhəsiz ki,belə bir yanaşma islahatların sistemli uğurunu şərtləndirir.

 

Cənab Prezident bu səfər çərçivəsində etdiyi çıxışında,işğalçı Ermənistanı, Tovuz istiqamətində düşmənin törətdiyi hərbi təxribatı,bu təxribatın hədəflərini və müəllifi olan Paşinyanı,erməni cəmiyyətini cavabsız qoymadı.Prezidentimizin açıqlamaları,hər bir cümləsi,qətiyyətin,siyasi iradənin,Xalqımıza və Ordumuza  sonsuz güvəncin nümayişidir.Azərbaycan ictimaiyyətinin bu mühüm açıqlamaları izləmək,eşitmək imkanı olub.Şübhə etmirəm ki,artıq onlardan Ermənistanın siyasi hakimiyyəti ilə yanaşı,erməni cəmiyyətinin də xəbəri var.Cənab Prezidentin tarixi  əhəmiyyətli açıqlamalarından birini bir daha  xatırlatmaq istərdim.Prezidentimiz dedi:”Biz dırnaqarası "Dağlıq Qarabağ respublikası”na müstəqilliyin verilməsi haqqında heç vaxt danışıqlar aparmamışıq,heç vaxt! Bu,heç vaxt danışıqlar predmeti olmayıb.Mən bu haqda ümumiyyətlə heç vaxt danışmamışam və danışmaq fikrim də yoxdur.Biz onun ətrafında danışıqlar aparırıq ki,işğal edilmiş torpaqlar nə vaxt,hansı ardıcıllıqla azad edilsin.Əgər Ermənistanın baş naziri deyirsə ki,”biz qondarma "Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmaq istəyirik”,deməli o,danışıqları məhv edir.Mən 7 şərtin qarşısına bir şərt qoyuram,bir şərt-erməni silahlı qüvvələri işğal edilmiş bütün torpaqlardan  çıxarılmalıdır,Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir,Azərbaycan vətəndaşları öz doğma dədə-baba torpaqlarına qayıtmalıdırlar!Budur mənim şərtim və məsləhət görürəm ki,onlar bu şərti qəbul etsinlər”.Necə deyərlər,şərhə ehtiyac yoxdur!

 

Ülvi Quliyev

Milli Məclisin deputatı

OXŞAR XƏBƏRLƏR

Sabah bu rayonlarda QAZ OLMAYACAQ - XƏBƏRDARLIQ!

Sabah Ucar, Zərdab, Beyləqan və Göyçay rayonlarının qaz təchizatında müvəqqəti yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft...

"Adidas" tenderi QAZANDI - Bu klubla əməkdaşlıq edəcək 

"Adidas" 2025/2026 mövsümündən etibarən "Liverpul"un yeni təchizatçısı olacaq.   Sfera.az bildirir ki, alman şirkəti tender...

Bodrumda yay mövsümü başladı, kirayə qiymətləri sıçradı

Muğlanın məşhur turizm bölgəsi olan Bodrumda yay mövsümünün gəlişi ilə mənzil və villaların kirayə qiymətlərində artım müşahidə olunub. Bodrumda yay turizm mövs...

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı MÜZAKİRƏ EDİLDİ

İyunda Bakıda keçiriləcək “Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycan və Əlcəzair arasında bərpa olunan enerji və enerji səmərəliliyi üzrə əməkdaş...

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak edirlər

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasi...

Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum İMZALANDI

Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum imzalanıb.   Qurumdan Sfera.az-a verilən məlumata görə, sənədi AVF-nin prezidenti...