"Sosial şəbəkələrin məhdudlaşdırılması ilə bağlı məsələ qaldıranda bizə "qorxurlar" deyirlər" — Araz Əlizadə

Milli Məclisin deputatı Araz Əlizadə Bakı şəhəri, 162 nömrəli tam orta məktəbinin şagirdi Elina Hacıyevanın məktəbdə intihar etməsi ilə bağlı məsələyə münasibət bildirib. 

Deputat açıqlamasında sözügedən hadisəyə görə məktəb direktorunu, kollektivi, valideyni və cəmiyyəti qınayıb. 

Daha sonra Araz Əlizadə deyib: "Bizim vaxtımızda elə hal ola bilməzdi ki, məktəbli intihar etsin. Çünki bizim Sona Tağızadə kimi məktəb direktorlarımız var idi. Allah ona rəhmət etsin. Ancaq indiki bəzi məktəb direktorları xəstə uşağa kömək etmək əvəzinə, onu çəkirlər. Bu, mənəviyyatsızlıqdır. İndi məktəbdə bu hadisə necə olub, günahkar kimlərdir, onu indidən danışa bilmərəm. Ancaq əgər belə hadisə baş veribsə, deməli bütün kollektiv günahkardır. Burada həm direktorun, həm həkimlərin, həm valideynin, həm də cəmiyyəti səhvi var. Günah məktəb direktorunda, kollektivdə, valideyndə və cəmiyyətdədir". 

Deputat qeyd edib ki, sözügedən intihar hadisəsinin baş verməsində sosial şəbəkələrin də müəyyən təsirləri var:

"Burada sosial şəbəkələrin də təsiri az deyil. Mən ona görə sosial şəbəkələrdə yoxam və burada olmağı da məqbul hesab etmirəm. Sosial şəbəkəklər yalnız informasiya bölüşmək üçün olmalıdır. Daha foto çəkdirib paylaşmaq, oğlan və qızla tanış olmaq, insanların bir-birlərini təhqir etməsi üçün istifadə olunmamalıdır. Belə sosial şəbəkələr heç kəsə faydalı da deyil. Əgər bir insan kiminləsə yazışmaq istəyirsə, bunu ayrı formada da edə bilər. Daha fotolar çəkib paylaşmağı, mənasız yazışmaları boş-boş hərəkət hesab edirəm. Bu cür hallar uşaqları təhsildən və tərbiyyədən ayırır. 

Bəzən biz deputatlar sosial şəbəkələrin məhdudlaşdırılması ilə bağlı məsələ qaldıranda dərhal bizə "qorxurlar" deyirlər. Açıq söyləyirəm. Buna görə mən heç kəsdən qorxmuram. Sosial şəbəkələr dünyanın xüsusi kəşfiyyat orqanlarına çalışırlar, insanların, xalqların əxlaqını pozurlar və bununla ayrı-ayrı dövlətləri özlərinə diz çökdürürlər. Sosial şəbəkələrdə xarici kəşfiyyat orqanlarına yalnız informasiya əldə etmək üçün lazımdır. Düzdür, insanlar bəzən sosial şəbəkələrdən faydalanaraq, müəyyən biliklərə də yiyələnə bilirlər. Ancaq əksər zaman sosial şəbəkələr insanların mənəviyyatını pozurlar". Demokrat 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...