Sosial şəbəkələrdə görüntüləri yayılan avtoxuliqan həbs edildi

Sosial şəbəkələrdə görüntüləri yayılan avtoxuliqan həbs edildi

2020-ci il martın 22-də Sabunçu rayonunun Maştağa qəsəbəsində "VAZ 2106" markalı avtomobili idarə edən sürücünün yol hərəkət qaydalarını davamlı şəkildə pozaraq avtoxuliqanlıq etməsini əks etdirən sosial şəbəkələrdə yerləşdirilmiş videogörüntülər Bakı şəhər BPİ-də araşdırılıb.

 

 

Sfera.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən yeni sabah-a verilən məlumata görə, müəyyən edilib ki, həmin gün saat 23 radələrində qəsəbə sakini Faiq Əliyev sürücülük hüququ olmadan idarə etdiyi "VAZ 2106” markalı avtomaşınla avtoxuliqanlıq etdiyinə görə Sabunçu RPİ DYPŞ əməkdaşları tərəfindən saxlanılarkən o və sərnişini, qəsəbə sakini, Cəbiyev Ceyhun polisin qanuni tələblərinə tabe olmayıblar.

Onlar saxlanılaraq Sabunçu RPİ 14-cü PB-yə gətiriliblər.

Toplanmış materiallar əsasında Sabunçu Rayon Məhkəməsinin qərarı ilə sürücü Faiq Əliyev və Ceyhun Cəbiyev İXM-nin müvafiq maddələri ilə inzibati qaydada həbs ediliblər.

Eləcə də feysbuk sosial şəbəkəsində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində "əxlaqsız qadınların və cinsi azlıqların” yığışmasını əks etdirən videoda göstərilən xüsusatlar da araşdırılıb.

Qeyd olunan ərazidə fahişəliklə məşğul olan iki qadın saxlanılaraq barələrində İXM-nin 524.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməklə hər biri 100 manat məbləğində cərimə olunublar.

Həmçinin, eyni əməllə məşğul olan dörd qadın və cinsi azlığın iki nümayəndəsi də saxlanılaraq tibbi müayinəyə cəlb ediliblər. Onların narkotik vasitələrin təsiri altında olmaları müəyyən edildiyindən barələrində İXM-nin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollar Sabunçu Rayon Məhkəməsinə göndərilib.


OXŞAR XƏBƏRLƏR

Britaniya İrana yeni sanksiyalar tətbiq etdi

Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirib.   Sfera.az bildirir ki, Britaniya İranın İsrailə etdiyi raket hücumuna cavab olaraq İranın PU...

Metal qırıntılarının toplanması məntəqəsində partlayış: Ölənlər, yaralanlar var

Ötən gün Ukraynada kəndlərdən birində 58 yaşlı sakin 54 yaşlı qonşusu ilə birlikdə metal qırıntılarının qəbulu məntəqəsinə metal əşyalar gətirib.  Sfe...

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Britni Spirsdən tutmuş "Sex and the City" ulduzlarına qədər bir çox məşhurlar tərəfindən aksessuarları bəyənilən dizayner Nensi Qonzales 18 ay həbs cə...

Ağdam Cümə məscidində ilk Azan - VİDEO

Xəbər verdiyimiz kimi, erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan Ağdam Cümə məscidində bərpa işləri başa çatıb.    Azərbaycan P...

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlum...

Erməni hərbçisi minaya düşdü

Ermənistan hərbçisi Tavuş vilayətində minaya düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir. &nbs...