Sosial şəbəkələr niyə bağlanmalıdır? – Ekspertlər danışır

Sosial şəbəkələr niyə bağlanmalıdır? – Ekspertlər danışır

Cahangir Məmmədli: "Azərbaycanı xaosa sürükləmək üçün bu şəbəkələrdən çox istifadə edirlər

 

İngiltərənin səhiyyə naziri Matt Hankok zərərli məzmunlu paylaşımlar aradan qaldırılmasa, sosial şəbəkə şirkətlərinin fəaliyyətinin qadağan oluna biləcəyini söyləyib. O, şirkətlərin bu məzmunlu paylaşımları dayandırmadığı təqdirdə bununla bağlı qanun layihəsi qəbul edə biləcəklərini deyib.

 

Nazir sosial şəbəkə şirkətlərinə intihar videolarının paylaşılmaması üçün dəfələrlə çağırış edib. Buna səbəb isə 2017-ci ildə 14 yaşlı Molli Rasselin sosial şəbəkədə izlədiyi zərərli məzmunlu məlumatdan sonra intihar etməsi olub.

 

Azərbaycanda da sosial şəbəkələr üzərindən kifayət qədər təhqirlər səsləndirilir. Təkcə siyasi sahə ilə bağlı deyil, son zamanda ailə-məişət mövzusunda əxlaqsız videolar paylaşılır, müzakirələr açılır. Ölkədə də bəzi siyasi şəxslər sosial şəbəkələrin məhdudlaşdırılması ilə bağlı fikirlər bildirib. Lakin Azərbaycanda sosial şəbəkələrə məhdudiyyətlərin qoyulması təklifi qəbul edilməyib.

 

Tanınmış jurnalist, professor Cahangir Məmmədli bildirdi ki, ölkədə sosial şəbəkələrə ciddi nəzarət olmalıdır: "Ümid edirdim ki, Azərbaycanda sosial şəbəkədən istifadə edənlər burada öz fəaliyyətlərini ağıllı şəkildə aparacaqlar. Lakin bunu görmədik. Sosial şəbəkələri artıq siyasi çağırışlara çeviriblər. Dövlət əleyhinə sosial şəbəkələrdən istifadə olunur. Baxırsan ki, dövlət çevrilişinə çağırışları belə edirlər. Bundan vətəndaş kimi çox narahatam. Ona görə hesab edirəm ki, sosial şəbəkələrə müəyyən dərəcədə qadağalar qoymaq olar. Yaxud çox ciddi şəkildə araşdırmaq lazımdır ki, bu çağırışları edənin kim olduğunu öyrənək. Bunun üçün ayrıca qurğular da quraşdırmaq mümkündür.

 

Ümumiyyətlə, internet dünyası ilə bağlı müəyyən qanun qəbul olunarsa, daha yaxşı olar. Dövlətçiliyə qarşı çağırışlar edən adamlar xeyli dərəcədə məsuliyyət hiss edərlər. Son günlər sosial şəbəkələrdən xeyli ehtiyat etməyə başlamışam. Azərbaycanı yeni xaosa sürükləmək məqsədilə bu şəbəkələrdən çox istifadə edirlər. Baxırsan ki, insanları açıq şəkildə təhqir edirlər. Bu yaxınlarda mitinq gedə-gedə uşaq-muşaq oturub reportaj verirdi. Həmin reportajlarda Azərbaycanın ən mötəbər adamlarını təhqir edib, böhtan atırdılar. Milləti də aşağılayırlar. Bu mənada mənim çox böyük narahatlığım var. İnternet aləminin elə saytları var ki, onlar azərbaycançılığa, millətə qulluq edən saytlardır. Lakin yenə də çox ciddi nəzarət lazımdır. Bu, milləti, dövləti, insanları qorumaq üçün nəzarət olmalıdır”.

 

Psixoloq Azad İsazadə isə sosial şəbəkələrə qadağa qoymağa ehtiyac görmür: "Sosial şəbəkə 21-ci əsrin reallığıdır. Bu, nə pisdir, nə də yaxşı. 17-18-ci əsrlərdə kitab idi, indi isə sosial şəbəkə, internet öndədir. Kitabın özü pis deyil. Söhbət yalnız onun müəllifindən gedir. Kimsə yaxşı kitab, kimsə də pis kitab yaza bilər. Hitler də kitab yazıb, məşhur klassiklər də. Deməli, problem kitabda yox, onu yazan və oxuyanlardadır. Sosial şəbəkə də bu cürdür. Orada yaxşı və pis məlumatlar yayılır. Lap sosial şəbəkələri bağlasaq da, heç nə dəyişməyəcək. Birincisi, bu, texniki baxımdan qeyri-realdır. İnsanlar ən çox avtomobil qəzalarında ölür. İndi maşınları qadağan edək? Problem maşında yox, onu idarə edəndədir. Sosial şəbəkənin tərkibində doğrudan da çoxlu mənfi məlumatlar var. Lakin burada eyni zamanda müsbət informasiyalar da çoxdur axı. Onu qadağan edib, bağlamaq yox, sadəcə, qanun çərçivəsində idarə etmək lazımdır. Burada əsas söhbət uşaq və yeniyetmələrin istifadəsindən gedir. Söhbət təkcə intiharlardan getmir. İndiyə qədər xeyli insanla rastlaşmışam ki, internetdən məlumat alıb, özü ilə bağlı nəticə çıxarıb. Hətta adam internetdə oxuyub, özünə diaqnoz da qoyur. Mənfi tərəfləri ilə bağlı sosial şəbəkələrə, saytlara filtr qoyulmalıdır. Yalnız bu formada sosial şəbəkələri qanun çərçivəsində idarə etmək mümkündür. Qadağan etmək, bağlamaq isə çıxış yolu deyil. Heç terrorizmə qarşı ciddi işləyən dövlətlər də gizli sosial şəbəkələri, oradakı qrupları tam nəzarətə götürə bilməyiblər. Olub ki, sosial şəbəkələr vasitəsilə terrorist qruplar təşkilatlanıb, planlar qurub, öz ideologiyalarını kimlərinsə arasında yayıblar. Deməli, sosial şəbəkələri tam bağlamaq qeyri-realdır. Qeyri-real olan işin üzərində fikirləşmək isə lazımsızdır. Başqa yol axtarılmalıdır. Psixologiyada belə bir şey də var ki, insanlar arasında olan qadağalar onların qadağan edilən şeyə marağını daha da artırır. Buradan belə nəticə də çıxarmaq olar ki, sosial şəbəkələr qadağan edilərsə, ona maraq daha da arta bilər”."Yeni Müsavat”


OXŞAR XƏBƏRLƏR

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı TAPŞIRIQ VERDİ

Müdafiə naziri Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib.   Sfera.az-ın məlumatı...

Xankəndidə xeyli silah-sursat AŞKARLANDI

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.   Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə...

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...