Sosial şəbəkədə çağırış: Mc Donalds restoranlarına getməyin

Sosial şəbəkədə çağırış: Mc Donalds restoranlarına getməyin

Sosial şəbəkələrdə Mc Donalds restoranlar şəbəkəsinin işindən narazılıq artır.


Məsələn, Numrəddin Hüseynov adlı istifadəçi "Müştəriyəm Şikayətim Var” facebook qrupuna şikayət ünvanlayıb.

 

Sfera.az Mc Donalds restoranlarının koronavirusla mübarizə üsulundan narazı olan istifadəçinin şikayətini oxucularına təqdim edir: "Şikayətim Mc Donalds restoranlarının koronavirusla mübarizə üsulundandır. Bütün restoran əməkdaşları, o cümlədən, saysız-hesabsız şikayətlərə baxmayaraq, illərdir əlcəksiz işləyən aşpazlar maskavə əlcəklərlə təmin olunublar. Amma dərd ondaddır ki, əməkdaşlar həmin əlcəklərlə həm pula, həm yeməyimizə, həm də restoranın avadanlıqlarına toxunurlar. Bura insanların qidalandığı məkan olduğu halda, əl təmizliyi üçün heç bir vasitə yoxdur. Hətta ayaq yolunda əl salfetləri belə tapmaq olmur.”


Sondda soyddaşlarına müraciət edən Numrəddin Hüseynov onları Mc Donaldsın xidmətlərinddən istifadə etməməyə çağırır: "Bütün bunlara əsasən demər olar ki, Mc Donaldsın koronavirusla mübarizə forması insanlara deyil, işçilərə aiddir. Yəni, xidmət göstərdiyim məkanda yemək yeyən insanlar hər cür virusla təmasda ola bilər, təki işçilərim heç bir virusa yoluxmasınn. Sözüm budur ki, heç birinizə məlum virusla yarıtmaz müdafiə üsulu sərgiləyən sözügedən restoranlar şəbəkəsinin xidmətlərindən istifaddə etməyi məsləhət görmürəm.”


 

 

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR