Sosial şəbəkə istifadəçilərinə və jurnalistlərə “işverən” deyən gənc saxlanıldı - FOTO
Cəmiyyət
00:46 / 06.07.2020
4377
Bu gün "Fairmont Baku" otelində karantin rejimini pozanlar arasında olan şəxslərdən biri sosial şəbəkədə paylaşım edərək jurnalistləri və videosunu paylaşanıarı ittiham etmişdi.
O həmin şəxsləri "işverən" adlandırmışdı:
"Maşallah, hara gedirik, oralar quruyur. Sağ olsun, hansısa işverənlər paylaşımlarımızı saytlara verdilər və "Fairmont" da bağlandı. Rahat olun, xəbər saytları, bizi buradan da etdiniz. Görək, növbəti istirahətimizi etməyə haranı tapırıq", deyə o bildirib”.
AZXEBER.COM-un əldə etdiyi məlumata görə, həmin şəxsin kimliyi müəyyən edilib və polis idarəsinə aparılıb.
O, Cəlilabad rayonundan olan 1992-ci il təvəllüdlü İsmayıl Babayevdir.
Onun barəsində qanunvericiliyə uyğun şəkildə tədbir görüləcək.
Sfera.az