“Sosial müavinətlərin məbləğinin artırılması haqqında” fərmana dəyişiklik edilib

“Sosial müavinətlərin məbləğinin artırılması haqqında” fərmana dəyişiklik edilib
Prezident İlham Əliyev "Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
 
Sənədə əsasən, "Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Prezidentin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilib:
1.1. 1.1.1-ci yarımbənddə "73” rəqəmləri "130” rəqəmləri ilə əvəz edilsin;
1.2. 1.1.2-ci yarımbəndin ikinci — dördüncü abzasları aşağıdakı redaksiyada verilsin:
"I dərəcə əlilliyi olan şəxslərə — 150 manat
II dərəcə əlilliyi olan şəxslərə — 130 manat
III dərəcə əlilliyi olan şəxslərə — 110 manat;”;
1.3. 1.1.3-cü yarımbəndin ikinci — dördüncü abzasları aşağıdakı redaksiyada verilsin:
"I dərəcə əlilliyi olan şəxslərə — 150 manat
II dərəcə əlilliyi olan şəxslərə — 130 manat
III dərəcə əlilliyi olan şəxslərə — 110 manat;”;
1.4. 1.1.4-cü yarımbəndin ikinci — dördüncü abzasları aşağıdakı redaksiyada verilsin:
"I dərəcə əlilliyi olan şəxslərə — 150 manat
II dərəcə əlilliyi olan şəxslərə — 130 manat
III dərəcə əlilliyi olan şəxslərə — 110 manat;”;
1.5. 1.1.5-ci yarımbənddə "82” rəqəmləri "150” rəqəmləri ilə əvəz edilsin;
1.6. 1.1.6-cı yarımbənddə "68” rəqəmləri "80” rəqəmləri ilə əvəz edilsin;
1.7. 1.1.7-ci yarımbənd ləğv edilsin;
1.8. 1.1.8-ci yarımbənddə "68” rəqəmləri "100” rəqəmləri ilə əvəz edilsin;
1.9. 1.1.9-cu yarımbənddə "61” rəqəmləri "100” rəqəmləri ilə əvəz edilsin;
1.10. 1.1.11.2-ci yarımbənddə "müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların, Çernobıl qəzası nəticəsində I və II qrup əlil olmuş” sözləri "müharibə ilə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;
1.11. 1.2.2-ci yarımbənddə "109” rəqəmləri "200” rəqəmləri ilə əvəz edilsin;
1.12. 1.2.3-cü yarımbənddə "146” rəqəmləri "300” rəqəmləri ilə əvəz edilsin.
3. Bu Fərman 2019-cu il aprelin 1-dən tətbiq edilir.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...