SOS: Yeni növ koronavirus yayıldı – Heyvanlardan keçir
12:27 / 16.10.2020
2372
Koronavirusa oxşar yeni epidemiya təhlükəsi ortaya çıxıb.
Sfera.az xəbər verir ki, Amerikalı tədqiqatçılar heyvanlardan insanlara ötürülən, koronavirusa oxşar yeni bir epidemiya təhlükəsi ilə bağlı xəbərdarlıq edib.
NTV-nin məlumatına görə, elm adamları 2016-cı ildən Çində donuzlara yoluxan və heyvanlarda güclü ishal və qusmağa səbəb olan koronavirus tipinin insanlara ötürülə biləcəyini sübut ediblər.
Yarasalardan donuzlara ötürülən "SADS-kov" adlı virus əsasən, insanın tənəffüs orqanlarına, qaraciyərinə və bağırsaqlarına, sürətli şəkildə yayılma gücünə malikdir.
Jalə Mehdi
Sfera.az