Sorğu keçirildi: Kişilərin 50 faizi robotla intim əlaqəyə girməyə razıdır

Sorğu keçirildi: Kişilərin 50 faizi robotla intim əlaqəyə girməyə razıdır
ABŞ-da "Çat-bot”ların tərtibatçısı olan "Tidio” şirkəti insanların süni intelektə sahib robotlarla sevgi münasibətləri qurmağa və onlarla cinsi əlaqəyə girməyə hazır olub-olmadığını öyrənməyə çalışıb. 
 
Sfera.az bildirir ki, şirkətin keçirdiyi sorğunun nəticələrinə əsasən, respondentlərin 42%-i robotla intim münasibətə qarşı deyil. Kişilərin isə yarısı robotla münasibətə hər an razıdır. 

Respondentlərin 39%-i süni intellektin sahibi ilə romantik münasibət saxlaya biləcəyini də ifadə edib.

"Tidio” tədqiqat çərçivəsində "Amazon Mechanical Turk” və "Reddit” forumunun 1 225 istifadəçisi arasında sorğu keçirib. Məlum olub ki, ümumiyyətlə, kişilər qadınlardan daha çox süni intellektə etibar edirlər. Kişilərin 48%-i robotla cinsi əlaqəyə girməyə hazırdır, 43%-i isə hətta robota aşiq ola biləcəyini etiraf edib.

Tədqiqatçı, respondentlərə süni intellektə münasibətlə bağlı digər suallar da verib. Respondentlərin 69%-i robotlar səbəbindən iş yerlərini itirməkdən qorxduğunu bildirib. Sorğuda iştirak edənlərin əksəriyyətinin fikrincə, robotların kassaçı, sürücü və tərcüməçi peşələrini "öldürmə” ehtimalı var. Sorğuda iştirak edənlərin 45%-i isə iqtisadiyyatın robotlaşdırılmasını zəruri hesab edir.

Daha əvvəl "Tesla” şirkətinin rəhbəri İlon Mask bildirmişdi ki, şirkət insanabənzər robot "Tesla Bot” hazırlayır. Onun prototipi 2022-ci ildə görünə bilər. Robot insanlar üçün "darıxdırıcı şeylər" həyata keçirəcək. Milyarderin sözlərinə görə, gələcəkdə robotlar iqtisadiyyatı dəyişəcək.

Aysel
Sfera.az

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR