\"Sonuncu Ermənistan əsgəri çıxana qədər...\" - Xədicə İsmayıldan Prezidentlə bağlı PAYLAŞIM

\
Ermənistanın sentyabrın 27-də törətdiyi  hərbi təxribatdan sonra Azərbaycanın başlatdığı əks-hücum əmməliyyatları ilə bağlı ölkə Prezidenti İlham Əliyevin qəti mövqeyi bütün xalqı öz ətrafında sıx birləşdirib. 
 
Sfera.az xəbər verir ki, ölkənin yumruq kimi birləşdiyi bu günlərdə demək olar ki, bütün tanınmış ictimai şəxslər sosial şəbəkələrdə orduya, Prezidentə dəstək paylaşımları edirlər.

Son olaraq araşdırmaçı jurnalist Xədicə İsmayıl özünün "Facebook" hesabında Prezidentin Qarabağ məsələsindəki qəti mövqeyi ilə bağlı paylaşım edib. 
"Müəllimin yadına salaq yenə də. Sonuncu Ermənistan əsgəri çıxana qədər...", - deyə X.İsmayıl qeyd edib. 

Xatırladaq ki, indiyə kimi Prezident İlham Əliyev Qarabağda gedən döyüşlərlə bağlı həm dünya mətbuatına verdiyi müsahibələrində, həm də xalqa müraciətində yalnız erməni əsgəri torpaqlarımızdan çıxarsa, bu münaqişəyə son qoyulacağını dəfələrlə xatırladıb. 

"Mən demişəm ki, öz xoşu ilə bizim torpaqlarımızdan çıxmasalar, biz onları iti qovan kimi qovacağıq. Və qovuruq və hər gün müzəffər Azərbaycan Ordusu yeni strateji məntəqələri, yeni yüksəklikləri, yeni yaşayış məntəqələrini işğalçılardan azad edir", - deyə Prezident bildirib. 

Aysel
Sfera.az


 



OXŞAR XƏBƏRLƏR