Son sutkada nə qədər peyvənd vurulub?

Son sutkada nə qədər peyvənd vurulub?
Azərbaycanda son sutkada koronavirus əleyhinə 63 462 vaksin vurulub.

Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. 

Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 542, ikinci mərhələ üzrə 47 920 nəfərdir.

Vaksinasiyadan keçənlərin ümumi sayı 8 106 885, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 652 121, ikinci mərhələ üzrə isə 3 454 764 nəfər təşkil edir.

OXŞAR XƏBƏRLƏR