SON DƏQİQƏ! Vətəndaşlara seçim imkanı verildi: İş və pul təklif olundu

SON DƏQİQƏ! Vətəndaşlara seçim imkanı verildi: İş və pul təklif olundu
 

Koronavirus pandemiyasının iqtisadi zərərlərini azaltmaq məqsədilə hazırlanan tədbirlər planında bu ilin aprel-may aylarında 200 minə qədər şəxsə yaşayış minimumu qədər - 190 manat birdəfəlik ödəniş veriləcəyi qeyd olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənişin edilməsi üçün 70 milyon manat ayrılıb. Bəs işsiz kimi qeydiyyatdan keçən şəxslərə kimlər aid edilir? Hazırda çalışmayan hər kəs işsiz kimi qeydiyyatdan keçə bilərmi?

 

Sfera.az   xəbər verir ki, işsiz kimi qeydiyyata alınmış vətəndaşlar müvafiq meyarlara cavab verdikdə onlara 190 manat birdəfəlik ödəniş veriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Anar Kərimov pandemiya dövründə işsiz kimi qeydiyyata alınma və birdəfəlik ödəmə verilməsi ilə bağlı məsələyə  təfərrüatı ilə aydınlıq gətirib.

 

Əmək və əhalinin  sosial müdafiəsi  nazirinin müavini Anar Kərimovun sözlərinə görə,meyarlara uyğun gələn vətəndaşlara birdəfəlik ödəniş   və ya ictimai işlərə cəlb olunaraq minimum əmək haqqı almaq təklif olunacaq. Burada qərar vətəndaşın seçimindən asılıdır.

İctimai işlər üçün də ilk olaraq www.e-sosial.az portalında qeydiyyata düşmək lazımdır. Xüsusi karantin rejimi davam edərsə, birdəfəlik ödənişlərin və ictimai işlərin vaxtının uzadılması nəzərdə tutulur.


(oxu24)

OXŞAR XƏBƏRLƏR

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...

Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA

Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.   Sfera.az  xəbər ve...

Çindən Bakıya uçan təyyarə reysi TƏXİRƏ salındı - 50 azərbaycanlı aeroportda QALDI – VİDEO 

Çindən Bakıya uçan təyyarə reysi təxirə salınıb. Nəticədə 50-dən çox azərbaycanlı sərnişin Çinin Quancou şəhərindəki Bayun hava limanında qalmalı olublar. ...

“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

Dünyanın aparıcı maliyyə jurnallarından biri olan “Global Finance” 2024-cü il İnnovasiya mükafatları çərçivəsində Kapital Bank-ın süni intellekt inn...

"Barça" doğma meydana qayıdır, amma... - QƏRAR

"Barselona" "Kamp Nou"ya qayıdır.   Sfera.az bildirir ki, artıq İspaniya klubunun Direktorlar şurası bu barədə qərar qəbul edib....

Almaniya millisi baş məşqçi ilə MÜQAVİLƏNİ TƏZƏLƏDİ: "2027-ci ilədək..."

Almaniya millisinin baş məşqçisi Julian Nagelsmann ilə müqavilənin müddəti uzadılıb.   Sfera.az bildirir ki, bu barədə Almaniya Futbol Assosiasiyasın...