SON DƏQİQƏ! Şəmkirdə bazar yanır
22:00 / 25.06.2020
6459
Şəmkir rayonunda bazar yanır.
Sfera.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının yaxınlığında yerləşən "Şəmkir səbəti” bazarında baş verib.
Hadisə yerinə dərhal ətraf rayonlardan Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və yanğınsöndürən briqadası cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Yanğının baş vermə səbəbi açıqlanmır.