SON DƏQİQƏ: Səlim Müslümov yeni vəzifəyə TƏYİN OLUNDU - ÖZƏL
19:19 / 12.06.2019
2415
Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov yeni vəzifəyə təyinat alıb.
Redaktor.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, sabiq nazir Milli Aviasiya Akademiyasında Dünya İqtisadiyyatı kafedrasının müdiri vəzifəsinə təyin olunub.
Səlim Müslümov məlumatı Redaktor.az-a təsdiq edib.
Professor Səlim Müslümova elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayırıq!
Sfera.az