SON DƏQİQƏ: Nərminin qətlində təqsirləndirilən İlkinlə bağlı QƏRAR VERİLDİ

SON DƏQİQƏ: Nərminin qətlində təqsirləndirilən İlkinlə bağlı QƏRAR VERİLDİ
 Bakı Apelyasiya Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən kənd sakini İlkin Süleymanovun barəsində seçilmiş həbs qətimkan tədbirin uzadılmasından apelyasiya şikayətinə baxılıb.

Sfera.az xəbər verir ki, bu barədə apa-ya təqsirləndirilən şəxsin vəkili Əlibaba Rzayev məlumat verib.

O bildirib ki, Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin olunmayıb, Nəsimi Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, bir neçə gün bundan qabaq Nəsimi Rayon Məhkəməsində hakim Natavan Tağıyevanın sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatı əsasında İlkin Süleymanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 5 ay artırılıb.
Xatırladaq ki, ötən il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti bu il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

OXŞAR XƏBƏRLƏR

Gələn həftədən iri ticarət mərkəzləri, açıq kafe və restoranlar açılır? - AÇIQLAMA

  Xəbər verdiyimiz kimi avqustun 10-da gündəlik yoluxanların və ölənlərin sayı xeyli aşağı düşüb. Belə ki, 79 nəfər kornavirusa yoluxub, 278 nəfər sağalıb...

"Azərsu" sədrinin oğlu ilə bağlı iddia - Əkin sahələri, badam bağları və itən su

Araşdırmaçı-jurnalist Cavanşir Həsənli sosial şəbəkə hesabında "Su hara gedir, niyə itir" sualının cavabı” adlı yazı paylaşıb.   Sfera.az Azərsu sə...

Azərbaycanda hamı koronavirusa yoluxacaqmı? - HƏKİMDƏN CAVAB

  "Belə bir qayda yoxdur ki, dünyada hamı virusa yoluxmalıdır. Kollektiv immunitetin formalaşması üçün minimum 70 faiz, ortalama 80 faiz insanın yoluxması...

İcra başçısı ilə bağlı daha bir QALMAQAL

 "Tərtərdə atamın adına küçə var. Şəhid adına olan küçələrin abadlaşdırılması üçün sərəncam imzalananda təmir olunası küçələrdən biri də Famil Qulami küçəs...

İcra başçısı millət vəkilinə qarşı: analoqsuz skandal

 Deputat Fazil Mustafanın tənqidi icra başçısı Mehdi Səlimzadəni Göyçay İH - ni özündən çıxartdı.   Musavat.com xəbər verir ki, deputat Fazi...

Toylara nə vaxt icazə verilə bilər? - RƏSMİ AÇIQLAMA

  "Azərbaycanda biznes fəallığının tədricən bərpa edilməsi istiqamətində iş aparılır”. "Report” xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Opera...