SON DƏQİQƏ! - Kürdəmirdə koronavirusa yoluxanların sayı artdı

SON DƏQİQƏ! - Kürdəmirdə koronavirusa yoluxanların sayı artdı
 

Kürdəmirdə koronavirus infeksiyasına yoluxanların sayı 72 nəfərə çatıb.

Sfera.az xəbər verir ki, bu barədə Kürdəmir rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, sonuncu dəfə götürülən yaxma nümunələrin nəticələrinə əsasən, daha beş rayon sakinində koronavirus əlamətləri aşkar olunub:

"Həmin şəxslər dərhal nəzarətə gütürülərək aidiyyəti üzrə xəstəxanaya yerləşdiriliblər. Yeni yoluxanlardan dördü rayonun daha çox yoluxma halı qeydə alınan Sığırlı kənd sakinləridir. Bununla da Sığırlı kəndində virusa yoluxanların ümumi sayı 25 nəfərə çatıb. Kürdəmir Rayon İcra Hakimiyyəti, Kürdəmir Rayon Polis Şöbəsi, Kürdəmir rayon Gigiyena və Epidemiologiya Mərkəzi və Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları mövcud vəziyyəti tam nəzarətə götürüblər. Kənddə fəaliyyət göstərən çayxanalar, kafelər eləcə də, insanların sıx toplaşdığı ərazilər müvəqqəti olaraq bağlanıb. Kənddə virusun aşkar olduğu ocaqlarda yaşayan və həmin əraziyə gedib gələnlərdən yaxma nümunələri götürülüb”.

"Rayon ərazisində infeksiyaya yoluxan 72 nəfər rayon sakinindən 31 nəfəri müalicəsini başa vurub və sağalaraq evə buraxılıb. Onlardan bir neçəsi tibb işçiləri olub ki, onlar artıq tam sağalaraq işlərinə geri dönüblər. Qalan 41 nəfəri isə hazırda müxtəlif xəstəxanalarda müalicə alır. Bu günə kimi rayonda virusa yoluxanlar arasında ölüm faktı qeydə alınmayıb”, – Kürdəmir RMX-dan bildirilib.(report)


OXŞAR XƏBƏRLƏR

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...

DİN-dən Anastasiya ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş&nbs...

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...

Azərbaycana qarşı soyuq müharibə başladıblar - Prezident

Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan...