SON DƏQİQƏ! Koronavirusa görə Azərbaycana xarici mütəxəssislər gətirildi

SON DƏQİQƏ! Koronavirusa görə Azərbaycana xarici mütəxəssislər gətirildi
 Azərbaycan Respublikasi Prezidenti İlham Əliyevin Nazirlər Kabineti yanında Operativ Qərargaha göstərişinə uyğun olaraq yeni növ koronavirus (COVID-19) sahəsində çalışan bir qrup xarici mütəxəssis Azərbaycana gəlib.

Operativ Qərargahda Sfera.az-a verilən məlumata görə, COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətindəki tədbirlər çərçivəsində Rusiya və Türkiyədən gələn infeksion xəstəliklər üzrə mütəxəssislər, reanimatoloq və pulmonoloqlar hazırda Operativ Qərargahın tibbi heyəti ilə görüşlər keçirir, COVID-19 pandemiyasına qarşı görülən tədbirlər sahəsində təcrübə mübadiləsi aparılır.

Türkiyə Respublikasının Səhiyyə Nazirliyinin COVID-19 üzrə elmi heyətinin üzvləri, eləcə də Rusiya və Türkiyədən olan yüksəkixtisaslı həkimlər xüsusi rejimli xəstəxanalarda olacaq, xəstəliyin qarşısının alınması üçün yerli mütəxəssislərlə birgə müalicə və profilaktika sahəsində çalışacaqlar.

OXŞAR XƏBƏRLƏR

Baş nazirdən koronavirusla bağlı tapşırıq: Bu şəxslərin işləməyi qadağan edilsin

 Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə məktub göndərib. ...

Korona ya payızda bitəcək, ya da... - Professor

 Son günlər sosial şəbəkələrdə yoluxma sayının sağalanların sayından 2 dəfə az olmasına baxmayaraq, karantin rejiminin ləğv edilməməsindən şikayət edirlər....

Azərbaycanda COVID-19-a daha 87 nəfər yoluxdu, 2 nəfər vəfat etdi

 Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 87 yeni yoluxma faktı qeydə alınıb, 308 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. ...

TƏBİB məlumat yaydı

 Bu gün Azərbaycanda reanimasiya şöbəsində olan koronaviruslu xəstələrin sayı açıqlanıb. Sfera.az xəbər verir ki, aktiv 3 493 xəstədən 263-ü hazırda ...

Azərbaycanda karantin rejimi yenidən yumşaldılacaq - RƏSMİ AÇIQLAMA

 "Onu da məruzə etmək istəyirəm ki, vəziyyətin yaxşılaşma istiqamətində inkişaf etdiyini nəzərə alaraq Operativ Qərargah yaxın zamanlarda bir sıra yumşalma...

TƏBİB məlumat yaydı

 Azərbaycanda koronavirusla bağlı 5 avqust 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb. Sfera.az xəbər verir ki, bu barədə Tibbi Ərazi ...