Kiyevdə azərbaycanlı tələbələr güllələndilər

Kiyevdə azərbaycanlı tələbələr güllələndilər

Bu gün gecə 01:50 radələrində Kiyevdə 50RV100 dövlət nömrə nişanlı "Mercedes Gelandewagen" axtarışa verilib.

BAKU.WS-in Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, həmin avtomobildən açılan atəşlə Konovaltsya 36 B ünvanında, "Montekki və Kapuleti" restoranı yaxınlığında iki azərbaycanlının yaralandığı ehtimal olunur. Hadisə yerindən 9 mm-lik gilizlər götürülüb.

Yaralanan azərbaycanlılardan birinin adı Nicat Kərimovdur. O, ayağından güllə yarası alaraq Kiyev şəhər xəstəxanasına çatdırılıb. 20 yaşlı həmyerlimiz Azər Əsədov da ayağından güllələnib. Ancaq o, xəstəxanaya getməyib. Onların hər ikisi tələbədir. 

Qeyd edək ki, iyulun 4-də "Arena siti"nin yaxınlığında da atışma baş vermişdi. İnsidentin iştirakçısı olan səkkiz nəfər xarici Ukraynadan deportasiya edilmişdi.

Hadisəni ermənilərin törətdiyi də istisna edilmir. Çünki Los Anceles və Brüsseldə ermənilərin həmyerlilərimizə hücum etməsi fonunda bu gözləniləndir. 

 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda koronavirusla bağlı müsbət dinamika - Önümüzdəki günlərdə... -VİDEO

  Avropa ölkələri daxil olmaqla, dünya ölkələrində COVİD-19 pandemiyasının yenidən alovlanması və ikinci dalğanın başlanması müşahidə olunur. Bir çox ölkə...

Sosial şəbəkədə görüntülər yayıldı, Bakı polisi hərəkətə keçdi: Məsuliyyətə cəlb olunanlar var - VİDEO

 Sosial şəbəkələrdə "Bakı bu axşam” başlığı altında yayılan videogörüntülər tərəfimizdən tam və hərtərəfli araşdırılıb. Bakı Şəhər Baş Polis ...

“Avqustun 5-dən sonra dövlət olaraq bütün məhdudiyyətləri..." - AÇIQLAMA - VİDEO

  "Ayın 5-i tarixindən sonra karantin rejimi sərtləşəcək, yoxsa yumşaldılacaq? Bu sualı bir çox insanlar bizə ünvanlayır. Hesab edirəm ki, yumşalma çox yu...

Zərdabda bələdiyyə sədri və keçmiş icra nümayəndəsi belə həbs edildi - VİDEO

  Zərdabda bələdiyyə sədri və keçmiş icra nümayəndəsinin həbsinin görüntüləri yayılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. ...

Azərbaycan-Türkiyə birgə təlimlərindən ilk görüntülər- VİDEO

 Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin birinci mərhələsi keçirilir. Sfera.az Müdafiə Nazirliyinə istinadən xəbər...

Azərbaycanda bir nəfərin onlarla insanı koronavirusa yoluxdurduğu kənddən VİDEOREPORTAJ

 "Sosial məsafələri qoruyun, yaxın təmasdan qaçın” sözləri pandemiya dövrünün ən məşhur tövsiyəsinə çevrilib. Lakin nə xeyri..? Nə tövsiyələr dinlənir, nə ...