FHN: \"Alov qüllələri\" yaxınlığında yanğın baş verməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir - YENİLƏNİB
12:00 / 23.05.2020
10203
Bakıda "Alov qüllələri" yaxınlığında yanğın baş verməsi barədə bəzi saytlarda gedən məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə APA-ya FHN-nin mətbuat katibi Gülçin Mehdiyeva bildirib.
Onun sözlərinə görə, "Alov qüllələri" yaxınlığında yanğın baş verməsi barədə yayılan video və fotolar bir neçə il əvvəl baş vermiş hadisənin görüntüləridir.
***
Bakının mərkəzində yanğın hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, Alov Qüllələrinin yaxınlığında hazırda böyük ərazidə yanğın hadisəsi qeydə alınıb.
Hadisənin səbəbi bəlli deyil.
(day.az)