SON DƏQİQƏ! AzTV-nin daha bir əməkdaşı koronavirusdan dünyasını dəyişdi

SON DƏQİQƏ! AzTV-nin daha bir əməkdaşı koronavirusdan dünyasını dəyişdi
 "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) operatoru 74 yaşlı İmanov Abasağa koronavirusdan dünyasını dəyişib.

Sfera.az xəbər verir ki, bunu AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva deyib.

O bildirib ki, veteran operator 60 yaşı ötmüş bütün digər əməkdaşlar kimi artıq 1 aya yaxındır TV-yə gəlməsə də, qəflətən evdə özünü pis hiss edib. 6 gün idi ki, xəstəxanada müalicə alan həmkarımız bu gün dünyasını dəyişib: "AzTV kollektivi adından həmkarımıza Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı veririk". (apa.az)

OXŞAR XƏBƏRLƏR