SON DƏQİQƏ! Azərbaycanda vəzifəli şəxs koronavirusdan öldü

SON DƏQİQƏ! Azərbaycanda vəzifəli şəxs koronavirusdan öldü
 

Kürdəmir rayonunda icra nümayəndəsi vəfat edib.

Sfera.az  "Report"a istinadən xəbər verir ki, Kürdəmir Rayon İcra Hakimiyyətinin Topalhəsənli kənd üzrə İcra nümayəndəsi 59 yaşlı Rəsulov Rasim Aydın oğlunun qəfildən halı pisləşib. Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılan R.Rəsulovun qanında şəkərin miqdarının artdığı məlum olub.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Ondan koronavirusa yoluxma halının müəyyənləşdirilməsi ilə əlaqədar test götürülüb. Hazırda test analizinin cavabı hələlik olmasa da, mərhumun koronavirus infeksiyasına yoluxduğu və bu xəstəlikdən dünyasını dəyişdiyi ehtimal olunur.

R.Rəsulovun cənazəsi polisin nəzarəti altında birbaşa qəbiristanlığa aparılaraq dəfn olunacaq.

Qeyd edək ki, R.Rəsulov 10 ilə yaxındır bu vəzifədə çalışırdı.

OXŞAR XƏBƏRLƏR

SON DƏQİQƏ! Azərbaycanda polis əməliyyat keçirdi - Saxlanılanlar var

  Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Salyan rayonunun Şorsulu kənd sakini Z.Həsənlinin Biləsuvar ...

Firudin Nəbiyev dünyasını dəyişdi

Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi, general-leytenat Firudin Nəbiyev dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, F.Nəbiyev Türkiyədə vəf...

SON DƏQİQƏ! Məşhur meyxanaçı vəfat etdi - FOTO

 Məşhur meyxanaçı Vüqar Coratlı vəfat edib.   Sfera.az xəbər verir ki, meyxanaçının hansı səbəbdən vəfat etdiyi hələ ki məlum deyil. ...

Siyəzəndə baş verən yanğında ölənlər var — TƏFƏRRÜAT

 Bu gün Siyəzən rayonunun Sədan kəndi ərazisində başlayan yanğın zamanı xəsarət alan iki nəfər ölüb. Sfera.az apa-ya istinadən xəbər verir ki, a...

Siyəzəndə yanğın başlayıb, hadisə yerinə helikopterlər cəlb edilib — SON DƏQİQƏ

 Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Siyəzən rayonunun Sədan kəndi yaxınlığında kol-kos və quru ot olan dağlıq və dağətəyi ərazidə y...

DTX: Casusluqda təqsirləndirilən şəxslər saxlanılıb

 Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əks-kəşfiyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, Azərbaycan Respublikasının vətəndaşları  - A...