İmişlidə bazarda baş vermiş yanğın söndürüldü — VİDEO/YENİLƏNDİ

İmişlidə bazarda baş vermiş yanğın söndürüldü — VİDEO/YENİLƏNDİ
19:14
 
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə İmişli şəhəri ərazisindəki bazarda yanğın olması barədə məlumat daxil olub.

Sfera.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, məlumat daxil olandan dərhal sonra nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.
 
***
 
İmişli rayonunda mərkəzi bazarda yanğın baş verib.

Məlumata görə, hadisə meyvə-tərəvəz satılan hissədə qeydə alınıb.

Alov anidən güclənib, daha sonra geyim əşyası olan hissələrə yayılıb. Yanğının miqyası genişlənərək ətraf əraziləri də cənginə alıb. Yanğının söndürülməsi üçün əraziyə İmişli rayon yanğından mühafizə hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib.

Yanğınsöndürənlər müxtəlif istiqamətlərdən su şırnaqları vurmaqla yanğının qarşısı almağa çalışırlar.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.
 
***
 
İmişli şəhərində yerləşən bazarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində məhdudlaşdırılaraq söndürülüb.

Bu barədə Sfera.az FHN-ə istinadən xəbər verir.

Əlavə məlumat veriləcək.



 

OXŞAR XƏBƏRLƏR

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan ...

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlə...

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...