SON DƏQİQƏ! "ARB24"ün 4 əməkdaşında koronavirus aşkarlanıb

SON DƏQİQƏ!
 

"ARB24" telekanalının 4 əməkdaşında koronavirus aşkarlanıb.

Bunu APA-ya "ARB Media Qrupu"nun mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli deyib. Onun sözlərinə görə, ilk testi pozitiv çıxan 2 əməkdaş karantin şəraitində 1 həftə saxlanıldıqdan sonra verdiyi növbəti testin nəticəsi neqativ olub və evə buraxılıb: "1 əməkdaşımız isə xəstəxana şəraitində həkim nəzarətində saxlanıldıqdan sonra evə buraxılıb, müalicəsi ev şəraitində davam etdirilir. Hazırda 1 əməkdaşımızın müalicəsi xəstəxana şəraitində davam etdirilir. O, özünü yaxşı hiss edir, səhhətində ciddi ağırlaşma yoxdur”.

Qeyd olunub ki, Azərbaycanda koronavirusa ilk yoluxma halı qeydə alındıqdan sonra "ARB Media Qrup”da ciddi təhlükəsizlik tədbirləri həyata keçirilir.

 

"Telekanalın əsas binasına, eləcə də kənardakı çəkiliş studiyalarına daxil olan bütün əməkdaşların və qonaqların hərarəti yoxlanılır. Temperaturu yüksək olanlar içəri buraxılmır, evə göndərilərək, qızdırma davamlı olduğu halda COVID-19 testi verməsi tələb olunur. Binanın girişində, eləcə də bütün mərtəbələrdə əllərin spirtlə dezinfeksiya edilməsi üçün xüsusi qablar qoyulub. Telekanal binasındakı bütün otaqlar hər gecə ultrabənövşəyi şüa vasitəsilə dezinfeksiya edilir.

Əməkdaşlarımız birmənalı olaraq, şirkət daxilində və çəkilişlərdə qoruyucu maskalardan istifadə edirlər, otaqlarda sosial məsafənin qorunması ciddi nəzarətdə saxlanılır.

Əməkdaşımızda virusa yoluxma ilə bağlı ilk fakt aşkarlandıqdan sonra telekanalın binasında bir neçə dəfə dezinfeksiya işləri aparılıb. Bundan başqa, sərt karantin rejiminin tətbiq olunmasından etibarən proqram siyasətində dəyişiklik edilib, əməkdaşlar 2 qrupa bölünərək işləyirlər. Müvəqqəti olaraq, "ARB24" telekanalında daha məhdud efir yayımına keçilib, canlı yayım verilişlərin sayı azaldılıb." - deyə, O. İbrahimli əlavə.

Qeyd edək ki, "ARB24" Televiziyasının baş redaktor müavini Aynur Nəsirovada da koronavirus aşkarlanıb.

OXŞAR XƏBƏRLƏR

Prezident onu təltif etdi - SƏRƏNCAM

  Prezident İlham Əliyev Ş.M.Muradovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sfera.az xə...

Prezident SƏRƏNCAM İmzaladı

  Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında sərərncam imzalayıb. Sərəncam...

Şahmar Mövsümovdan karantinin yenidən sərtləşdirilməsi ilə bağlı AÇIQLAMA

  "İyul ayında ölkədə koronavirusa yoluxanların sayında müəyyən artım müşahidə edildi. Bu, iyulun 14-də kütləvi şəkildə küçələrdə maskasız, məsafəsiz yürü...

Rayonlara gediş-gəliş bu tarixdə açıla bilər

  "17 avqust ərəfəsində kafe və restoranların açıq hissəsində fəaliyyətinin bəpa olunması müzakirə olunur. Bundan bir həftə sonra isə rayonlara gediş-gəli...

Kafe və restoranlar bu tarixdə açıla bilər - RƏSMİ

  "Hazırda növbəti həftədə, 17 avqust ərəfəsində kafe və restoranların açıq hissəsində fəaliyyətinin bərpa olunması müzakirə olunur". Sfera.az xəbər...

Bu gündən daha bir qadağa tətbiq edilir - OPERATİV QƏRARGAH

  Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda həftəsonu ictimai nəqliyyat işləməyəcək. Sfera.az xəbər verir ki, bu barə...