Son 10 ildə manatın alıcılıq qabiyyəti nə qədər zəifləyib?

Son 10 ildə manatın alıcılıq qabiyyəti nə qədər zəifləyib?
Azərbaycanda son 10 ildə insanların gündəlik xərcləri nəzərəçarpacaq dərəcədə artıb. Bazarlıq edən hər bir kəsin dilindən eyni narazılığı eşitmək olar: 

"50-100 manatla 5-6 il əvvəl etdiyimiz bazarlığı bu gün etmək mümkün deyil”. Orta statistik Azərbaycanlı ailəsi 10 il əvvəl 100 manat pulla həftə ərzində kifayət edəcək qədər gündəlik istehlak malı ala bilirdi. Amma indi bunu etmək qeyri-mümkündür. 

Nə baş verir? Niyə, 10 il əvvəl bazarlardan 50-100 manatla ala bildiyimizi indi ala bilmirik?

Sfera.az bildirir ki, bunun səbəbi pulun real dəyərinin aşağı düşməsidir. Başqa sözlə, ötən müddətdə manatın alıcılıq qabiliyyəti zəiflədiyindən eyni məbləğdə olan pulla əvvəlki qədər məhsul ala bilmirik.

Pulun alıcılıq qabiliyyətinə təsir göstərən əsas amil inflyasiyadır. Alıcılıq qabiyyəti ilə inflyasiya tərs mütənasibdir. Bu səbəbdən hər il bahalaşma nə qədər olursa, pulun alıcılıq qabiliyyəti də bir o qədər zəifləyir. Yəni, inflyasiya artdıqca pulun alıcılıq qabiyyəti azalır və yaxud əksinə defilyasiya olduqda pulun alıcılıq qabiliyyəti artır. 
Son 10 ildə ümumi qiymətlər 63 faiz artıb. Ərzaq qiymətlərində artım daha böyük olub. Bu müddətdə qida məhsulları 83 faiz, qeyri-ərzaq malları 54 faiz, pullu xidmətlər 37,7 faiz bahalaşıb. 

Qiymətlərin 63 faiz artması o deməkdir ki, on il əvvəl 100 manata ala bildiyimiz mallara görə indi 163 manat ödəməliyik. Ərzaq məhsullarında çəkilən xərc isə hər 100 manatda 83 manat artıb. 

Nəzərə alaq ki, inflyasiya səviyyəsi ümumiləşmiş göstəricidir və bir çox əsas mallar üzrə bahalaşma sürəti daha yüksəkdir. Bu səbəbdən gündəlik istehlak malları üzrə hesablandıqda pulun alıcılıq qabiliyyəti daha çox zəifləyib. 

Son illərdə pulun alıcılıq qabiliyyətinin zəifləməsinə devalvasiya güclü təsir edib. Devalvasiya ilə əlaqədar 2016 və 2017-ci ildə ikirəqəmli inflyasiya baş verdi ki, bununla əlaqədar yalnız 2 ildə alıcılıq qabiliyyəti 27 faizə yaxın azaldı. 

İqtisadi nəzəriyyədə alıcılıq qabiliyyəti pulun bir ədədinə alına bilən malların və ya xidmətlərin miqdarı kimi izah edilir. Məsələn, 10 il əvvəl əgər 100 manatla bazardan daha çox məhsul almaq mümkün olurdusa, bu, o deməkdir ki, 10 il əvvəl 100 manatın alıcılıq qabiliyyəti daha yüksək idi. Buradan belə bir nəticə hasil olur ki, 10 il ərzində insanın gəliri inflyasiyaya nisbətən aşağı olubsa, həmin insanın alıcılıq qabiliyyəti də zəifləyir. 

Ona görə də insanların alıcılıq qabiliyyətini düzgün qiymətləndirmək üçün iqtisadi nəzəriyyələrdə gəlir nominal və real olmaqla iki fərqli şəkildə hesablanır. 

İnsanların alıcılıq qabiyyəti bir qayda olaraq real gəlirə görə müəyyənləşdirilir. Çünki real gəlir hesablandığında inflyasiya təsiri nəzərə alınır. Məsələn, 10 il əvvəl 300 manat gəliri olan şəxsin indi alıcılıq qabilyyətinin eyni səviyyədə olması üçün onun aylıq gəlirinin 500 manat olması lazımdır. Əgər şəxs indi 500 manat yox, 450 manat gəlir əldə edirsə, bu o deməkdir ki, həmin insanın alıcılıq qabiyyəti zəifləyib. 
Bu misaldan çıxış edərək o nəticəyə gəlirik ki, 10 əvvəl 100 manata ərzaq məhsullarında etdiyimiz bazarlığı bu gün edə bilməyimiz üçün azı 183 manatla bazara getməyimiz şərtdir. 

Vasif
Sfera.az




OXŞAR XƏBƏRLƏR

Von der Leyen: "Putin indi Finlandiyaya fokuslanıb"

"Putin indi Finlandiyaya fokuslanıb". Sfera.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Finlandiyanın Baş ...

Kəmaləddin Heydərov onu yüksək vəzifəyə TƏYİN ETDİ - FOTO

Fövqəladə Hallar nazirliyində növbəti kadr təyinatı olub.    Sfera.az manset.az-a istinadən xəbər verir ki,  Fövqəladə hallar naziri g...

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir” - Fəzail Ağamalı

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir”.      Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü icla...

"Torpaqlarımızın işğalına səbəb olanların xalqa çağırışlar etməyə heç bir haqqı yoxdur" - Azər Badamov

“90-cı illərin əvvəlində xalqın etimadını itirən və ümidlərini puça çıxaran, torpaqlarımızın işğal olunmasına səbəb olanların xalqa çağırışlar etməyə ...

Ötən sutka 23 yanğına çıxış OLDU

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəla...

“Azərişıq” Şirvanda yenidənqurma işlərini davam etdirir - VİDEO

“Azərişıq” ASC bütün regionlarda yenidənqurma işlərini uğurla davam etdirir.   Sfera.az xəbər verir ki, investisiya layihəsi çərçivəsində...