Somalidə güclü partlayış: 20 ölü, 40 yaralı

Somalidə güclü partlayış: 20 ölü, 40 yaralı
Somalin paytaxtı Moqadişoda törədilən partlayış nəticəsində azı 20 nəfər həlak olub.

Sfera.az xəbər verir ki, bu barədə "Reuters” agentliyi həkimlərə istinadən məlumat yayıb.

"Biz indiyə qədər partlayışin baş verdiyi yerdən 20 nəfərin meyitini və 30 yaralını daşımışıq”, - ölkənin təcili yardım xidmətinin nümayəndəsi bildirib.

Şahidlərin sözlərinə görə, yüksək sürətlə hərəkət edən avtomobil restoranlardan birinin qarşısında partlayıb. Partlayışdan sonra atışma səsləri eşidilib.

Daha əvvəl "Garowe Online" portalı bildirib ki, partlayış şəhər həbsxanasının yaxınlığındakı restoranın yanında baş verib. Polis hadisənin baş verdiyi əraziyə aparan bütün yolları bağlayıb.

OXŞAR XƏBƏRLƏR