Societe Generale \"Azərbaycan Dəmir Yolları\" üçün proqram hazırlayıb

Societe Generale \
 

"Azərbaycan Dəmir Yolları” QSC-nin Yanacaq və sürtkü yağları təminatı departamenti beynəlxalq İSO 45001:2018 "Peşə sağlamlığı və təhlükəsizliyinin idarəedilməsi sistemi” standartının tətbiqinə başlayıb.

Sfera.az-ın ADY-yə istinadən verdiyi məlumata görə, standartın tətbiqində əsas məqsəd "Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşları üçün daha sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasıdır. Bununla əlaqədar olaraq, "Azərbaycan Dəmir Yolları” QSC-nin 25 əməkdaşı onlayn təlimlərə cəlb edilib.

 

Təlim proqramı dünyaca məşhur "Societe Generale De Surveillance” (SGS) şirkəti tərəfindən hazırlanıb və SGS ekspertləri tərəfindən tədris olunur. Bir neçə gün davam edəcək təlim proqramları çərçivəsində İSO 45001:2018 standartının tətbiqinə nəzarət etməli olacaq daxili auditorlar hazırlanacaq. Hal-hazırda təlimlərdə "Azərbaycan Dəmir Yolları” QSC-nin Yanacaq və sürtkü yağları təminatı departamenti və digər struktur bölmələrində çalışan mütəxəssislər iştirak edir.

"Azərbaycan Dəmir Yolları” QSC peşə sağlamlığı və təhlükəsizliyi sahəsində ən yüksək beynəlxalq standart hesab edilən İSO 45001:2018 üzrə uyğunluq sertifikatını yaxın gələcəkdə almağı hədəfləyir.

Sağlam iş şəraitinin təmini edilməsi ilə yanaşı, İSO 45001:2018 standartı əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı qanunlara riayət olunması, iş qəzaları və peşə xəstəlikləri səbəbindən yaranan xərclərin azaldılması və səmərəliliyin azalmasının qarşısının alınması, risklərin qiymətləndirilməsi və idarəedilməsi tələblərini də əhatə edir.


OXŞAR XƏBƏRLƏR

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...

Əməkdar artist Firuzə İbadova haqqında yayılan xəbəri təkzib etdi

Əməkdar artist Firuzə İbadova səhnədən gedəcəyi xəbərlərini təkzib edib.    “Unikal” xəbər verir ki, müğənni “F...

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib.   Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqların...

Şagirdlərin tətil günləri AÇIQLANDI

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az xə...