Soçi razılaşması pozulur: Növbəti addımlar necə olacaq?

Soçi razılaşması pozulur: Növbəti addımlar necə olacaq?
"Üçtərəfli İşçi Qrupunun Moskvada baş tutan görüşündə razılaşma əldə olunmayıb. Soçidə Putinin açıqlamasından çıxan nəticə belə idi ki, kommunikasiyanın bərpası ilə bağlı razılaşmalara İşçi Qrupunun görüşündə yekun vurulacaq və rəsmiləşəcək”.

Sfera.az bildirir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib. O xatırladıb ki, Ermənistanın Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan görüşdə razılaşmanın olmadığını bildirib:

"Onun sözlərinə görə, Azərbaycan müqaviləyə Ermənistan üçün qəbuledilməz olan "dəhliz” məsələsini daxil etməyə çalışır. Qriqoryanın sözlərindən iki nəticə çıxır. Birincisi, İşçi Qrupu müqavilə üzərində işləyir və bu, böyük ehtimalla kommunikasiyanın bərpa edilməsi qrafikinə aiddir. İkincisi, rəsmi Bakı 10 noyabr razılaşmasında etmədiyini indi edir: Zəngəzur dəhlizini rəsmiləşdirir. İrəvan bununla təkcə Bakı yox, Moskvaya qarşı da çıxır. Çünki Soçi görüşündə iki nəticə əldə edildi. 

- sərhədin delimitasiya və demarkasiyası üzrə birgə komissiyanın yaradılması: bu, yekun bəyanata daxil edilib;
- kommunikasiyanın açılması üzrə prosesə yekun vurulması: bu, yekun bəyanata daxil edilmədi və məsələ İşçi Qrupunun bu həftə nəzərdə tutulan görüşünə həvalə olundu; 

Putinin çıxışında "dəhliz” ifadəsinə istinad etməsi və "Gələn həftə, - bu, bizim növbəti razılaşmadır, - üçtərəfli İşçi Qrupu müəyyən yekunlar vurmaq və bu gün razılaşdırdığımız, qəbul etdiyimiz qərarları elan etmək üçün Moskvada toplaşacaqlar” açıqlaması onu deməyə əsas verir ki, Soçidə şifahi razılaşma məhz Bakının mövqeyi kontekstində əldə olunub. Əliyevin bir gün sonra İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətləri Zəngəzur dəhlizindən istifadəyə dəvət etməsi də Soçi görüşünün nəticəsinə uyğun çıxış etməsi idi”.

Siyasi şərhçinin sözlərinə görə,  İşçi Qrupunun görüşündə İrəvan prosesi pozub:

"Yaxın vaxtlarda növbəti görüşün keçiriləcəyi gözlənilir və məsələ yenidən müzakirə olunacaq. Paşinyanın Soçi razılaşmasını pozması İrəvanın gözləntilərindən irəli gəlir: 10 dekabrda Baydenin demokratik sammitinə Ermənistan da dəvət edilib; 15 dekabrda Brüsseldə Avropa İttifaqının quracağı masa var. Ermənistan bu görüşlərə ümid etdiyi üçün Moskvada "yox” deyə bilir. Bu proses Əliyevin Soçidə verdiyi mesajın (regionda təhlükəsizlik razılaşmaların nəticələrinin icrasından asılıdır) praktiki tətbiqinə zərurət yarada bilər”.

Günay Rəsulqızı
Sfera.az










OXŞAR XƏBƏRLƏR

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin növbəti iclası 23 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sah...

Milli Məclisdə şəhid övladları ilə bağlı MÜHÜM TƏKLİF

“Özəl orta məktəblər şəhid övladlarını pulsuz oxutmalıdır”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etib...

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır.   Sfera.az xəbər verir ki, bununla bağlı liseydə təhsil alan şagirdlərin valideynlərinə məktub göndərili...

Siyavuş Novruzov TƏKLİF ETDİ: "Onlar da nəzərə alınsın" 

“Müharibə veteranları və onların ailələri haqqında güzəştlərdə Əfqanıstan müharibəsində iştirak edən azərbaycanlılar da nəzərə alınmalıdır”. &nbs...

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...