SOCAR rəsmisi: “Şahdəniz” növbəti fazaların işlənməsinə imkan verən nəhəng potensiala malikdir”

SOCAR rəsmisi: “Şahdəniz” növbəti fazaların işlənməsinə imkan verən nəhəng potensiala malikdir”
Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi, demək olar ki, hazırdır.

"Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov "Euractiv” saytına müsahibəsində bildirib.

O qeyd edib ki, keçmişdə baş verən problemlər artıq həllini tapıb və layihə bütünlüklə yekunlaşmağa yaxındır: "Cənub Qaz Dəhlizi üzrə bütün işlərin ümumi dəyəri 40 mlrd. ABŞ dollarına yaxındır. Azərbaycan və Türkiyədə işlər zamanı əhəmiyyətli miqdarda qənaət olunub. Azərbaycan və Gürcüstanda qurudakı işlər 100% yekunlaşıb. Türkiyə ərazisində inşa olunan TANAP layihəsinin inşası da 100% başa çatdırılıb və noyabrın 30-da Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə kəmərin inşasının tamamlanması və Avropaya qaz nəqli üçün hazır olması ilə bağlı mərasim keçirilib”.

Layihənin ilkin dəyəri 45 mlrd. ABŞ dollar məbləğində qiymətləndirilirdi.

O qeyd edib ki, "Şahdəniz” qaz-kondensat yatağında 16 quyu qazılıb və indi əməliyyatlar üçün tam hazırdır. "Artıq 8 quyuda hasilat həyata keçirilir. Bu quyulardan qaz Azərbaycan, Gürcüstan və Türkiyəyə nəql edilir. Qalan quyular tədricən işə salınacaq, İtaliyada son işlər yekunlaşdıqdan sonra tam gücdə işə başlanacaq. Cənub Qaz Dəhlizinin yeganə tamamlanmamış hissəsi TAP kəməridir və onun 91%-i yekunlaşıb”,- SOCAR rəsmisi əlavə edib.

O bildirib ki, İtaliyanın cənubunda TAP-ın mikrotunelinin inşası artıq tamamlanıb.

SOCAR rəsmisi əlavə edib ki, TAP-ın yekunlaşması 2020-ci ilin sonuna planlaşdırılır. "Ola bilər ki, bu daha erkən tarixdə baş tutsun. Gördüyümüz işlər ən yüksək ekoloji standartlarda həyata keçirilib. Tikinti işlərinin təxirə salınması yeni arxeoloji kəşflərlə bağlı olub. Türkiyə və Yunanıstanda boru kəmərinin inşası zamanı bir çox yerlər aşkarlanıb. Hər dəfə bu baş verdikdə işlər dayandırılıb və səlahiyyətli şəxslər müvafiq addım atılması üçün dəvət edilib”,- V. Bəylərbəyov qeyd edib.

Hər bir boru kəmərində nəzərdə tutulan qaz həcmlərinə gəlincə isə V. Bəylərbəyov xatırladıb ki, Türkiyə artıq 2018-ci il iyulun 1-dən qaz alır:

"Türkiyə 2018-ci ildə təxminən 2 mlrd. kubmetr, 2019-cu ildə təxminən 4 mlrd. kubmetr qaz alıb. 2020-ci ildə isə tədarük təxminən 6 mlrd. kubmetr nəzərdə tutulub. Bu "Şahdəniz”in I Fazası çərçivəsində nəql olunan miqdardan əlavə həcmdir. Bundan əlavə, Yunanıstan və Bolqarıstan üçün 2 mlrd. kubmetr həcmində qaz ayrılıb. Bu həcmlər TAP boru kəməri və Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) tamamlandıqdan sonra nəql olunacaq".

O qeyd edib ki, TAP-ın bütün sistemi eyni anda işə salınacaq. SOCAR rəsmisi İtaliya üçün ildə 8 mlrd. kubmetr qaz nəqlinin nəzərdə tutulduğunu xatırladıb: "Bütün alıcılar sıraya düzülüb və təchizatı gözləyirlər. Ümid edirik ki, hər hansı maneələr olmayacaq”.

Cənub Qaz Dəhlizinin "Türk axını” ilə rəqabətdə olub olmadığı ilə bağlı V. Bəylərbəyov bildirib ki, bu bir çox journalist tərəfindən soruşulub və cavab həmişə "Yox” olub: "Bizim həcmlərimiz üçün Yunanıstan, Bolqarıstan və İtaliya ilə 25 illik müqavilə imzalanıb. TAP hazır olan kimi İtaliyaya qaz həcmləri çatdırılmağa başlanacaq. Bu dəyişdirilə bilməz. Rusiyanın, Liviyanın, Əlcəzairin və yaxud digər qazın olmasının fərqi yoxdur, çünki biz öz yerimizi təmin etmişik”.

Əgər İtaliyanın əlavə həcmlərə ehtiyacı olarsa, sualına cavabında isə SOCAR rəsmisi bildirib ki, İtaliyaya yaxın 10 ildə indikindən qat-qat çox qaz lazım olacağı gözlənilir: "Bu nöqteyi-nəzərdən Cənub Qaz Dəhlizinin və onun qolu olan TAP-ın ötürücülük gücü bu potensial kəsirin böyük hissəsini ödəməyə kifayət edir”.

"Şahdəniz” yatağının ikinci mərhələsi çərçivəsində qazılan 16 quyunun ümumilikdə İtaliya, Yunanıstan, Bolqarıstan və Türkiyəyə ildə 16 mlrd. kubmetr həcmin nəqlinə kifayət edib etməyəcəyi ilə bağlı suala V. Bəylərbəyov müsbət cavab verib, həmçinin qeyd edib ki, bu quyularda zamanla hasilat azaldıqca yeni quyular qazılacaq.

O, həmçinin inandığını bildirib ki, "Şahdəniz” yatağı III, hətta IV mərhələsinin işlənməsinə haqq qazandıracaq nəhəng potensiala malikdir.

V. Bəylərbəyov Azərbaycanın işlənmədə və kəşfiyyat mərhələsində olan digər yataqlarının nəhəng potensialını da qeyd edib.

OXŞAR XƏBƏRLƏR

Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

Rabitəbank müştərilərinin rahatlığını təmin etmək və xidmətlərini daha da əlçatan etmək məqsədilə biznes hesablarının açılması qaydasını asanlaşdırıb. Belə ki, ...

"Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoyub" - Vüqar Bayramov

“2023-cü ildə Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoya bilib”. Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bug...

Şahzadə Harri ABŞ sakini olduğunu TƏSDİQLƏDİ

Britaniya şahzadəsi Harri rəsmi sənədlərdə yaşayış yerini ABŞ olaraq dəyişdirib. Bununla da, onun ABŞ sakini olduğu rəsmi olaraq təsdiqlənib.   Sfera...

Milli Məclisdə Hesablama Palatasının 2023-cü il üzrə hesabatı təqdim edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2023-cü ildəki fəaliyyəti ilə bağlı hesabat müzakirəyə çıxarılıb.   Sfera.az x...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.   B...

Xalasının bir sözünə görə evə gəlib anasını ÖLDÜRDÜ: "Qətldən sonra isə..." - DETALLAR

“Bəzən qətillərə səbəb heç də tamah və ya əxlaq problemlərindən qaynaqlanmır”.   Sfera.az bildirir ki, bunu "Təmiz Dünya" Qadı...