SOCAR prezidenti: “Gürcüstanda azərbaycanlıların sosial rifahının yüksəldilməsi əsas vəzifələrimizdən biridir”

SOCAR prezidenti: “Gürcüstanda azərbaycanlıların sosial rifahının yüksəldilməsi əsas vəzifələrimizdən biridir”
"SOCAR Gürcüstanda biznes fəaliyyətinin inkişafı ilə yanaşı Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə bu ölkədə yaşayan soydaşlarımızın sosial şəraitinin yaxşılaşdırılması məqsədilə proqramlar həyata keçirir".

Sfera.az xəbər verir ki, bunu Gürcüstanda səfərdə olan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, şirkətin təqaüdü əsasında minlərlə soydaşımız Gürcüstanın ali məktəblərində dövlət dilində ali təhsil alıb və bu proqram gürcüdilli azərbaycanlı kadrların yetişdrilməsində böyük rol oynayıb.

R.Abdullayev hazırda bu proqram çərçivəsində 1 200 nəfərə yaxın azərbaycanlı tələbənin ali təhsil aldığını qeyd edib.

O bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlıların sosial rifahının yüksəldilməsi SOCAR şirkəti qarşısında ölkə rəhbərliyi tərəfindən qoyulan əsas vəzifələrdən biridir: "Gürcüstan hökuməti də azərbaycanlıların sıx yaşadığı bölgələrin inkişafına böyük diqqət ayırır, həmçinin SOCAR-ın layihələrini dəstəkləyir və reallaşdırılması üçün şərait yaradır".

Qeyd edək ki, bu gün SOCAR-ın dəstəyi ilə Marneuli rayonunun Qızılhacılı kəndində inşa olunan idman kompleksi, Laqodexi rayonunun Qabal kəndidə tikilən uşaq bağçasının açılışı olub. Hər iki sosial obyekt şirkət tərəfindən Gürcüstan hökumətinə təmənnasız təqdim olunub.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Torpaq almaq istəyənlərin NƏZƏRİNƏ: Bakıda qiymətlər ucuzlaşdı

Bakıda sentyabr ayında torpaq sahələrinin qiyməti 4,58 faiz ucuzlaşıb. Sfera.az  xəbər verir ki, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin direk...

"Türkiyədən gələn məhsullar ucuzlaşmayacaq, Rusiyanın məhsulları isə bahalaşacaq" - PROQNOZ

"Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından olan Türkiyə və Rusiyada milli valyutalarla bağlı maraqlı proseslər gedir”.   Sfera.az bildirir ki, bunu ...

Azərbaycan nefti bahalaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,54 ABŞ dolları, yaxud 1,81 % artıb. Sfera.az xəbər verir ki, "Az...

Əhalinin banklarda nə qədər pulu var? - RƏSMİ

Azərbaycanda əhalinin (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) banklarda olan əmanətləri sentyabr ayında 3.1% (263.4 mln. manat) artaraq 8 mil...

Oktyabrın 25-nə USD/AZN rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 25-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən Sfera.az-a bildirilib ki, bankın oktyabrın 25-dən etibarə...

Azərbaycan nefti ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 21-də 85,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki gös...