“SOCAR pandemiya ilə mübarizədə Azərbaycanın gücünə güc qatır”

“SOCAR pandemiya ilə mübarizədə Azərbaycanın gücünə güc qatır”
 
Dünya dövlətləri koronavirus pandemiyasının mənfi təsirlərini minimuma endirmək istiqamətində iş aparır. Azərbaycan da bu mənada istisna deyil və ölkədə virusun yayılmasının qarşısının alınması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bu mübarizədə tibbi maska, əlcək və spirt kimi qoruyucu vasitələrin yetərsay olması mühüm əhəmiyyət kəsb edir. Həmin vasitələrə qlobal miqyasda tələbatın artması nəzərə alınmaqla ölkəmizdə istehsalına start verilib. Bu sırada Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azərikimya” İB-nin "Etilen-Polietilen” Zavodunda dezinfeksiya vasitələrinin əsas xammallarından olan izopropil spirtinin istehsalının bərpası qeyd edilə bilər.

İqtisadçı-ekspert Pərviz Heydərov Qaynarinfo-ya açıqlamasında indiki halda daxili tələbata yönəlik spirt ehtiyatının formalaşdırımasının pandemiya ilə mübarizədə həlledici rola malik olduğunu deyib.

Onun sözlərinə görə, qısa zamanda bu məhsulun istehsalına başlanılmasında son illər "Azərikimya”da aparılan yenidənqurma işləri böyük pay sahibidir:
 
"Azərkimya” istehsalat, elmi-istehsalat və kommersiya birliklərini, zavodları, elmi və layihə təşkilatlarını özündə birləşdirən nəhəng kompleksdir. On il öncə belə bir elmi-istehsalat və iqtisadi kompleksin SOCAR-ın tabeliyinə verilməsi əhəmiyyətli keyfiyyət dəyişikliklərinin təməlini qoydu. Son bir neçə ildə birlikdə həyata keçirilən modernizasiya və yenidənqurma işləri kimya və neft-kimya kompleksinin dayanıqlığını və rəqabətqabiliyyətini artırıb və bu, ölkəyə valyuta axınını təmin edir”.

Ekspert diqqətə çatdırıb ki, dünyada qoruyucu vasitələrə tələbatın artması onların çatışmazlığına gətirib çıxarıb: "Ənənəvi olaraq bu cür vasitələrin ixracını həyata keçirənlər indi ilk növbədə daxili tələbatı ödəməyə çalışırlar və daxili ehtiyatları artırırlar. Qlobal pandemiya ilə əlaqədar bazarlarda spirtə tələbat kəskin artıb və analoji yanaşma bu xammala münasibətdə ortaya qoyulur. Bu yaxınlarda tibbi maskalarda aparıcı xammal olan HB 2662 FS markalı polimerin də istehsalına başlandı. Bütün bunlar koronavirus pandemiyası ilə mübarizədə ölkəmizin gücünə güc qatan amillərdir və bu SOCAR-sız mümkün olmazdı”.

Xatırladaq ki, dezinfeksiya sahəsində mütləq izopropil spirti tam olaraq etil spirtini əvəz edir və bu sahədə "universal təmizləyicilər”də istifadə edilir, həmçinin 70%-li tibbi kağız dəsmallara (salfetlər) hopdurularaq mikroblardan qorunma vasitəsi və s. kimi istifadə olunur.


OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...