SOCAR koronavirusla mübarizə şəraitində hansı yeniliklər edib?

SOCAR koronavirusla mübarizə şəraitində hansı yeniliklər edib?
 

Koronavirusun qlobal pandemiyaya çevrilməsi ilə əlaqədar tibbi spirt, dezinfeksiyaedici məhlullar və tibbi maskalara tələbat kəskin artdı. Hətta bir çox ölkədə bu məhsulların ehtiyatı tükənməyə başladı və qıtlığa səbəb oldu.

Nəticədə bir çox şirkət tələbatı ödəmək üçün səfərbər oldu, bu vasitələrin istehsalına başladı. Məsələn, İsveçin tanınmış mebel istehsalçısı IKEA səhiyyə işçiləri üçün maskalar, əl dezinfeksiyaediciləri və önlüklər, ABŞ-ın idman geyimləri və avadanlıqları istehsalçısı "Under Armour” maskalar, İtaliyanın avtomobil istehsalçısı "Fiat” şirkəti tibbi maska, "Givenchy”, "Guerlain” ,"Christian Dior” kimi kosmetika istehsalçıları əl üçün dezinfeksiya vasitəsi, ABŞ-ın mobil cihaz istehsalçısı "Apple” şirkəti, həmçinin Yaponiyanın "Toyota Motor” avtomobil şirkəti tibbi maska istehsal etməyə başlayıblar.

Azərbaycanda da maska çatışmazlığını aradan qaldırmaq üçün iki tibbi maska istehsal edən fabrik fəaliyyətə başladı. Bundan başqa, koronavirusla mübarizə tədbirlərində qoruyucu vasitələrin hazırlanması üçün xammal istehsalına da başlandı. Belə ki, aprel ayında SOCA-ın "Azərikimya” İstehsalat Birliyinin "Etilen-Polietilen” zavodunda tələbatın kəskin artması səbəbindən dezinfeksiya vasitələrinin əsas xammallarından olan izopropil spirtinin istehsalı nəzərdə tutulan vaxtdan tez bərpa olunub. Sözügedən istehsalatın işə salınması EP-300 qurğusunda davam edən rekonstruksiya işlərinin tam bitməsindən sonraya planlaşdırılırdı.
 

May ayında isə "SOCAR Polymer” şirkəti qoruyucu maska istehsalı üçün aparıcı xammal olan HB 2662 FS markalı homopolimer propilenin ilk sınaq-sənaye partiyasını istehsal edib. Həmin homopolimerdən qoruyucu maskalar, respiratorlar, birdəfəlik tibbi geyimlər, uşaq bezləri, mebel və tikinti təyinatlı parçalar, habelə geotekstil növlərinin hazırlanmasında istifadə olunan toxunmamış materialların istehsalı üçün istifadə edilir.

İlkin olaraq 600 ton həcmində məhsul istehsal olunub.

"APA-Economics”in məlumatına görə, millət vəkili Azər Badamov bildirib ki, həmqoruyucu vasitələr, həm də dezinfeksiyaedici vasitələr üçün xammal istehsalıgünün aktual və vacib məsələlərindən idi.

"Ölkəmiz üçün koronavirus pandemiyası gözlənilən olmasa da Azərbaycan bu pandemiyaya qarşı mübarizədə ən effektiv nəticələr əldə edən ölkələrdəndir. Bunu Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri də dəfələrlə beynəlxalq videokonfranslarda dilə gətirib. Həqiqətən Azərbaycan qısa bir dövrdə mübarizə tədbirlərini gücləndirmək, tibbi maska və dezinfeksiyaedici vasitələrdə tələbatın ödənilməsi məqsədilə geniş istehsal sahələrini formalaşdırdı. İki tibbi maska istehsal edən fabrik fəaliyyətə başladı. Tibbi spirtə olan ehtiyacın ödənilməsi məqsədilə istehsal sahələrinin fəaliyyətlərində yeni istiqamətlər yaradıldı. Bu gün artıq tibbi maska və spirtlə bağlı məsələ öz həllini tapıb. Bu məsələdə xüsusilə də SOCAR yaxından iştirak edib”, - millət vəkili vurğulayıb.

O qeyd edib ki, "Azərikimya”da tibbispirtin istehsalı istiqamətində istehsalın qurulması ölkədəbu problemin həll edilməsinə verilmiş ən böyük töhfələrdən olub. Millət vəkili "SOCAR Polymer”in qoruyucu vasitələr üçün xammal istehsalının da bu günün aktual və vacib məsələlərindən biri olduğunu bildirib: "SOCAR nəinki ölkədə tibbi spirtə olan ehtiyacı ödəyir, hətta bu məhsulu yaxın ölkələrə ixrac etmək iqtidarındadır. Bu istiqamətdə görülən işlər yüksək dəyərləndirilir. Azərbaycanda qurulmuş müasir istehsal sahələrivə müasir infrastrukturun göstəricisidir ki, istənilən çətin vəziyyətdə Azərbaycan öz iqtisadiyyatını istiqamətləndirmək iqtidarındadır”.



OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...