SOCAR İranın neft-qaz layihələrində razılıq

SOCAR İranın neft-qaz layihələrində razılıq

SOCAR İranın "E&P Companies" şirkətinin tərəfdaşları siyahısına əlavə olunub.

Sfera.az xəbər verir ki, bunu APA-ya açıqlamasında İranın neft nazirinin beynəlxalq məsələlər üzrə müavini Əmirhüseyn Zamaniniya bildirib.

Nazir müavini bildirib ki, müvafiq müraciət ötən ay SOCAR tərəfindən daxil olub:


"SOCAR ötən ay İrandakı layihələrdə iştirak etmək üçün müraciət edib. Şirkətin müraciətinə baxılıb və onun müsbət cavab verilib. Beləliklə, SOCAR "Shell", Total" kimi nəhəng şirkətlərlə paralel İrandakı layihələrdə iştirak edə və ölkəmizə sərmayə yatıra bilər. Biz SOCAR-ı ciddi oyunçu kimi qəbul edirik. SOCAR İrandakı ciddi layihələrdə iştirak etmək üçün böyük potensiala malikdir. Bu səbəbdən də onun müraciətinə müsbət cavab verilib".

Onun sözlərinə görə, SOCAR İranda həm qazma, həm də emal sahəsində reallaşdırılan layihələrdə iştirak edə bilər. "SOCAR-a potensial layihələr təklif olunub və şirkət özü həmin layihələri seçməlidir. Başqa sözlə, biz seçimi SOCAR-ın ixtiyarına buraxmışıq. Bizdə olan məlumata görə, SOCAR layihələrlə bağlı araşdırma aparır".

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR