SOCAR Dübəndi terminalında saxlanılan işçilərlə bağlı məsələyə aydınlıq gətirib

SOCAR Dübəndi terminalında saxlanılan işçilərlə bağlı məsələyə aydınlıq gətirib
Dekabrın 1-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Abşeronneft” Neft-Qazma Çıxarma İdarəsinin 8 gündür oteldə karantində saxlanılan 80-a yaxın işçisi Qərbi Abşeron yatağında növbə dəyişməsi üçün Dübəndi terminalına gətiriliblər. Dənizin dalğalı olması səbəbindən növbə dəyişilməyib, gəmi geri qayıdıb.

Sfera.az -ın məlumatına görə, gəmi yola düşəndə hava şəraiti pisləşdiyinə görə platformaya yan ala bilməyib və buna görə geri qayıtmağa məcbur olub. İşçilər Dübəndi terminalında gözləmə zalına yerləşdirilib.

Qeyd edək ki, gəminin operatoru "Azərbyacan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dir və gəminin platformaya yan almasının mümkünlüyü ilə bağlı "Azneft” İB deyil, QSC qərar verib.

"Azneft" İB-dən "Report”un sorğusuna cavab olaraq bildirilib ki, işçilər xüsusi isitmə, istirahət, televizor və s. avadanlıqla təchiz olunmuş gözləmə zalında bir neçə saat gözlədikdən sonra yola düşüblər: "Gözləmə müddətində işçilərin təkrar otellərə qayıtması karantin səbəbindən məqsədəuyğun olmayıb, bir çox işçilər özləri də terminalda gözləmək istədiklərini bildirdilər".

Neftçilərdən əldə etdiyimiz məlumata görə xüsusi təchiz olunmuş gözləmə otaqları BP şirkətindən alınıb və adətən məhz bu məqsəd üçün istifadə olunur.

SOCAR-dan isə bildirilib ki: "Sizdən əvvəl bu məsələ ilə bağlı heç bir media qurumu şirkətin mətbuat xidmətinə müraciət etməyib".

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...