SOCAR-dan benzinin qiyməti ilə bağlı AÇIQLAMA
12:50 / 29.11.2021
653
"Azərbaycanda istehsal olunacaq Aİ-95 benzininin qiymətini dövlət və ya bazarın müəyyənləşdirməsi SOCAR-ın səlahiyyətində deyil”.
Sfera.az oxu.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov deyib.
"İdxal olunan yanacağın qiymətini bazar müəyyənləşdirir. Azərbaycanda benzinin qiymətini tənzimləyən qurum isə Tarif Şurasıdır. Gələcəkdə ölkəmizdə Aİ-95 benzini istehsal olunduqdan sonra onun qiyməti dövlət tərəfindən müəyyən edilə bilər”.