SOCAR-dan aztəminatlı ailələrə növbəti yardım
12:32 / 21.04.2020
4069
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) imkansız ailələrə xüsusi bağlamalarda ərzaq yardımı edib.
Sfera.az xəbər verir ki, bu barədə "REAL TV”nin hazırladığı video-materialda deyilir.
Süjetdə qeyd edilir ki, bir neçə gün öncə sosial vəziyyəti çox acınacaqlı olan bəzi ailələr haqqında görüntülər efirə gedər getməz onlara yardımla bağlı çağırışa ilk reaksiya SOCAR-dan gəlib.
Şirkət aztəminatlı ailələrə yardım kampaniyasını davam etdirir. Müntəzəm olaraq həyata keçirilən yardım aksiyasından ehtiyacı olan hər kəs yararlansın deyə aksiya üçün hər rayon üzrə xüsusi işçi qrupu yaradılıb.