\"SOCAR-da işçi ixtisarına başlanılmalıdır\" - AMEA üzvü

\
Dünyanı əhatəsinə alan koronavirus pandemiyası qlobal iqtisadiyyata mənfi təsir göstərməkdə davam etdirir. İlk olaraq dünya birjalarında neft qiymətlərinin kəskin ucuzlaşmasına səbəb olan pandemiya bir çox neft şirkətlərini çətin vəziyyətdə qoydu. Gəlirləri azalan enerji nəhəngləri artıq xərclərini optimallaşdırmağa başlayıb. Məsələn, ABŞ-ın "Chevron" neft şirkəti  optimallaşdırma çərçivəsində işçilərinin 10-15%-ni, BP şirkəti isə ümumi işçilərinin 15%-ni işdən çıxaracağını açıqlayıb. Eləcə də, ABŞ-ın digər neft şirkəti "Halliburton" təkcə Hyuston şəhərindəki mənzil-qərargahında min nəfər əməkdaşını ixtisar edib.

Bəs Azərbaycanın neft şirkəti SOCAR-da vəziyyət necədir? Şirkətin hər hansı işçi ixtisarlarına getməsinə ehtiyac varmı?

Məsələ ilə bağlı Sfera.az saytına açıqlama verən AMEA-nın İqtisadiyyat İnstitutunun direktor müavini, iqtisad üzrə fəlsəfə doktoru Allahyar Muradov bildirib ki, dünya birjalarında neft qiymətlərinin ucuzlaşması neft ixrac edən ölkələrin ümumi gəlirlərinin azalmasına səbəb olub: "Neftin ucuzlaşması Azərbaycanın da valyuta daxilolmalarını azaldıb. Hazırda dövlət büdcəsində neftin bir barelinin qiyməti 55 dollar nəzərdə tutulub, lakin neft qiymətləri 44-45 dollar arasında dəyişir. Buna görə də, dövlət büdcəsində neftin bir barelinin qiymətinin 35 dollar götürülməsi üçün büdcə layihəsi təqdim edilib”. 

AMEA üzvü qeyd edib ki, neft qiymətlərinin azalması birbaşa olaraq yerli neft şirkəti kimi SOCAR-ın da gəlirlərini azaldıb: "Şirkətin gəlirlərinin azalması xərclərin optimallaşdırılmasını zəruri edir. İstənilən halda, həm neft, həm də qeyri-neft şirkətlərində gəlirlər azaldıqda və ya gəlir-xərc arasında böyük fərq yarandıqda xərclərin optimallaşdırılmasına ehtiyac yaranır. SOCAR-da da müəyyən xərclər azaldılmalı, eləcə də, şirkət işçilərinin ixtisarına başlanılmalıdır. Bu, təbii haldır. Kadrları optimallaşdırmaq azalan xərcləri kompensasiya etməyin əsas yollardan biridir”.

A. Muradov əlavə edib ki, şirkət həmçinin hər hansı yeni texnologiya tətbiq etməlidir ki, gəlir və xərc arasındakı fərqi aradan qaldıra bilsin: "Bu yanaşmalar bütün sahələr, şirkətlər üçün keçərlidir və istisadiyyatın bir qanunudur”.


OXŞAR XƏBƏRLƏR

Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA

“Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.   Sfera.az bildirir ki, bunu qa...

Qripin ağciyərlərə vurduğu zərərin qarşısını alan dərman hazırlandı

Yeni hazırlanmış dərman qripin yaratdığı iltihabın səbəb olduğu ağciyər zədələnməsinin qarşısını ala bilib.   Sfera.az bildirir ki, qripə səbəb olan qr...

Gürcüstan parlamentində kütləvi dava düşdü

Gürcüstan parlamentində “Xarici agentlər haqqında qanun”un müzakirəsi zamanı səs-küylü insident yaşanıb.    Sfera.az bildirir ki, Gü...

Bakı və Belqrad arasında mühüm telefon danışığı

15 aprel 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Serbiya Baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç ilə telefon danışığı a...

70 yaşlı məşhur amerikalı aktyor mərhum oğlunun fotosunu paylaşdı

70 yaşlı məşhur amerikalı aktyor Con Travolta mərhum oğlu Cettin xatirəsini ehtiramla yad edib. O, arxiv görüntülərini İnstaqramda paylaşıb.   Sfera....

Hakimin sinif yoldaşı olduğunu görüb göz yaşlarına boğulan məhbus - VİDEO

2015-ci ildə Artur But adlı şəxs oğurluqda ittiham olunaraq hakim qarşısına çıxıb. Hakimin orta məktəbdə sinif yoldaşı Mindi Qleyzer olduğunu anlayanda göz yaşl...