SOCAR “Biz birlikdə güclüyük” sosial aksiyasına qoşulub
16:40 / 20.04.2020
4638
Xüsusi karantin rejimi günlərində ehtiyacı olan insanlara yardım məqsədilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Heydər Əliyev Fondunun "Biz birlikdə güclüyük” sosial aksiyasına qoşulub.
Sfera.az xəbər verir ki, bu barədə şirkətin sosial şəbəkələrdəki səhifəsində məlumat verilib.
Bildirilib ki, Fondun təşəbbüsü ilə yaradılan "Regional İnkişaf” İctimai Birliyinin "150” Çağrı mərkəzinə edilən müraciətlərə əsasən ərzaq sovqatları hazırlanaraq aztəminatlı ailələrə göndərilib: "Bu aksiyaya qoşulmaqla SOCAR bir daha həmrəylik nümayiş etdirdi”.