SOCAR Aİ-92 markalı benzinlə bağlı qərar verdi

SOCAR Aİ-92 markalı benzinlə bağlı qərar verdi
 Planlaşdırılmış təmir işlərinin aparılması məqsədilə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) dayandırılması ilə əlaqədar SOCAR 120 min tonadək Aİ-92 markalı benzin idxal edə bilər.

Sfera.az  xəbər verir ki, bu barədə "APA-Economics”ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, benzinin bir qisminin Rusiyadan, bir qisminin isə Qara Dəniz regionu ölkələrindən idxalı planlaşdırılır.

"Lakin ötən ilin təcrübəsi göstərir ki, nəzərdə tutulan həcmlərin idxalına ehtiyac olmayıb. Ona görə də ehtimal var ki, planlaşdırılan rəqəmdən az benzin idxal olunacaq”, - deyə İ. Əhmədov qeyd edib.

O həmçinin bildirib ki, ölkəyə benzinin idxalı qısamüddətli olduğu üçün daxili bazarda sözügedən yanacağın qiymətinə heç vaxt təsir göstərməyib və bu dəfə də təsir etməyəcək.
 
BNEZ planlaşdırılmış təmir işlərinin aparılması məqsədilə oktyabrın 4-dən işini dayandırıb. Müəssisənin işinin bu ayın 24-də bərpa ediləcəyi planlaşdırılır.

Xatırladaq ki, NEZ-də yeni ELOU-AVT, Katalitik Krekinq, Katalitik Riforminq, Naftanın hidrotəmizlənməsi, Vakuum qazoylun hidrotəmizlənməsi, Amin Regenerasiya və əlavə Hidrogen istehsalı qurğularının tikintisi nəzərdə tutulub.

Paralel olaraq, 2021-ci ildə ölkədə Avro-5 standartlarına cavab verən avtomobil yanacaqlarının istehsalının yaradılması, yeni qurğuların istismara verilməsinə qədər mövcud qurğuların növbəti 4-5 il ərzində etibarlı istismarının təmin edilməsi məqsədi ilə adıçəkilən qurğularda müəyyən kiçik yenidənqurma işlərinin həyata keçirilməsi nəzərdə tutulub.

Yenidənqurma və modernizasiya işlərinin aparılmasından sonra NEZ-in gücü 6 mln. tondan 7,5 mln. tona çatdırılacaq. BNEZ-in modernləşdirilməsi və yenidən qurulması layihəsi 2025-ci ilədək başa çatdırılacaq.

OXŞAR XƏBƏRLƏR

Bu gün icaze.e-gov.az portalında bir çox icazələr ləğv edilib

 "Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 20...

Bu rayonların giriş və çıxışlarında müvəqqəti postlar quruldu - FOTOLAR

 COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci ilin iyun ayının 5-dən s...

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

 Balakən Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə Musayev Elçin Kamal oğlu təyin olunub. Sfera.az xəbər verir ki, 1967-ci il təvəllüdlü Elçin Musayev...

Yeni dəmir yolu istifadəyə veriləcək - VİDEO

 Bildiyiniz kimi,  Abşeron Dairəvi Dəmir Yolu xətti tamamlanaraq,  istifadəyə verildi. Bu layihənin səmərəliliyi, paytaxtin nəqliyyat sisteminə a...

SON DƏQİQƏ! Azərbaycanda yüksək vəzifəli şəxs işdən çıxarıldı

Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov işdən uzaqlaşıb.  Sfera.az xəbər verir ki, bununla bağlı müvafiq sərəncamı Təhsil naziri Ceyhun B...

Daha bir məmurun Praqada şirkətləri üzə çıxdı - FOTOLAR

 Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Texniki Nəzarət Qruplarının işi üzrə Əlaqələndirici İdarəsinin rəisi Hacıqulu Sadıqovun Praqada şirkəti haqqın...