Soğan niyə ucuzlaşdı?

Soğan niyə ucuzlaşdı?

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov soğanın qiymətinin ucuzlaşmasının səbəbini yazıb.

"Qafqazinfo” xəbər verir ki, o qeyd edib ki, havaların isti keçməsi Bərdədə sahələrdən soğanın yığımına mənfi təsir göstərmişdi: "Fermerlərin dili ilə desək, kəskin istilər həm soğanı "bişirir”, həm də yığım üçün sərf olunan iş saatını azaldır. Hər iki amil qısa müddət də olsa, qiymətlərə təsirini göstərmişdi. Amma qısa müddətə. Artıq ölkənin əsas soğançılıq bölgələrindən sayılan Beyləqan və Ağdamda baş soğanın kütləvi yığımına başlanıb. Hazırda Ağdamda sahədə soğanın bir kisəsi (33-34 kiloqram) 12 manata, Beyləqanda isə 10 manata təklif olunur. Fermerlər yaxın günlərdə qiymətlərin 5-7 manatadək enəcəyini proqnozlaşdırırlar. Qiymətlərin bu səviyyədən də aşağı enəcəyi istisna olunmur. Çünki məhsul ötən illərə nisbətən daha çoxdur. Bazarda təklifin artması, məhsulun bolluğu soğanın pərakəndə satış qiymətini də getdikcə ucuzlaşdırır”.

OXŞAR XƏBƏRLƏR

SOCAR tenderlər elan edib - SİYAHI

  SOCAR öz fəaliyyətini təkmilləşdirmək üçün bir sıra sahələrdə tenderlər elan edir. SOCAR "Azneft” İB-nin strukturuna daxil olan qurumların 2020-cu il ü...

"BNA heç nədən çəkinmədən öz missiyası daxilində fəaliyyətini həyata keçirməlidir"

 Pandemiya dövründə ictimai nəqliyyatda əsas yük avtobus sənişindaşımasının üzərinə düşür. Belə ki, metropolitenin bağlanması ilə sərnişinlərin əksəriyyəti...

Azərbaycan Beynəlxalq Bankından bütün müştərilərə pulsuz TamKart və endirimli kredit

  Azərbaycan Beynəlxalq Bankı TamKart arzusunda olan hər bir müştəriyə indi bu kartı pulsuz əldə etmək imkanı yaradıb. Bankın iyulun sonuna qədər elan etd...

İyulun 13-də dolların manata qarşı məzənnəsi

  Manatın məzənnəsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı məlumat açıqlayıb. Mərkəzi Bankdan Sfera.az-a verilən məlumata görə, 13.07.2020-ci il ta...

BNA-nın ünvanına səsləndirilən tənqidlər qərəzlidir - Rəy

 Azərbaycanda gücləndirilmiş sərt karantin rejiminin tətbiq olunması ilə Bakı Metropolitenin fəaliyyəti dayandırıldı və ictimai nəqliyyatda əsas yük avtobu...

Unibank özünüməşğulluq layihəsi çərçivəsində Qarabağ müharibəsi döyüşçüsünün arzusunu reallaşdırdı

  "Unibank”ın dəstəyi ilə daha bir  vətəndaşımız şəxsi biznesini yaratmaq arzusuna çatdı. Tərtər şəhərində yaşayan, Qarabağ müharibəsi əlili Həsən Əs...