SMS icazə qaydalarında dəyişiklik edildi - 15 dəqiqə ərzində...

SMS icazə qaydalarında dəyişiklik edildi - 15 dəqiqə ərzində...

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən aparılmış araşdırmalar nəticəsində bəzi vətəndaşlar tərəfindən 8103 SMS icazə sistemi ilə bağlı sui-istifadə hallarına yol verildiyi aşkarlanıb.

 

Sfera.az-ın məlumatına görə, cavabın qısa müddət ərzində (99,4% müraciət 1 dəqiqə ərzində) gəlməsindən sui-istifadə edən bəzi vətəndaşlar evdən çıxarkən deyil, yalnız polis yoxlama məntəqələrinə yaxınlaşarkən SMS müraciət edirlər.

 

Qeyd olunanları nəzərə alınaraq, 8103 SMS icazə sisteminin fəaliyyətində dəyişiklik edilib. Belə ki, artıq vətəndaşlar tərəfindən müvafiq kod üzrə müraciət olunduğu zaman cavab SMS-i 15 dəqiqə ərzində gələcək.

 

Eyni zamanda "E-Təbib” mobil tətbiqi vasitəsi ilə edilən bu cür müraciətlərə isə 5 dəqiqə ərzində cavab təmin olunacaq.

 

Vətəndaşlar yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilərlər. Vətəndaşların müraciətinə gələn cavab SMS-ində icazənin qüvvədə olduğu müddət göstərilir.

OXŞAR XƏBƏRLƏR

“Əbülfəs Qarayev bu işləri təkbaşına görə bilməzdi” - Afaq Bəşirqızı

Mədəniyyət naziri vəzifəsindən azad olunan Əbülfəs Qarayev hazırda evində dincəlir. O, özü bu barədə məlumat verib. Sabiq nazir saytın əməkdaşına hər şeyin yaxş...

Prezident Şəkidə yolun açılışında - FOTOLAR

  İyulun 29-da Şəki rayonunun Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub. Sfera.az  x...

MN rəsmisi sualları cavabladı - Video

  Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı jurnalistlərin suallarını cavablandırıb. O, sosial şəbəkələ...

Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir

  Bu gün Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir. Sfera.az xəbər verir ki, 1918-ci il mayın 28-də yaranmış Azərbaycan Xalq Cümhuriyyəti (AXC) cəmi...

SON DƏQİQƏ! Azərbaycanda daha 6 nəfər koronavirusdan öldü

  Azərbaycanda daha 547 nəfər koronavirusa yoluxub. 6 nəfər həyatını itirib. Sfera.az xəbər verir ki, Operativ Qərargahdan verilən məlumata görə, 291 nəf...

Prezident bu sahələri nəzərdə tutan VACİB SƏRƏNCAMLAR imzalayıb

  Prezident İlham Əliyev Samux Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayı...